19 May 2026 13:29
129
SİYASƏT
A- A+
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir

WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya və müasir şəhərsalma sahəsində artan rolunun göstəricisidir. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu,  WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq, bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma modelində də əks olunduğunu bildirdi. Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir urbanizasiya çağırışlarına açıq olduğunu göstərir.

Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən genişmiqyaslı urbanizasiya layihələrindən biridir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.

Forumda Azərbaycanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqət ayrıldı. Prezident çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Şuşa kimi qədim şəhərlərin memarlıq irsini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin milli-mədəni irsin qorunmasını əsas prioritet hesab etdiyini göstərir.

Bakının ekoloji transformasiyasına dair reallıqlar da  forumun mühüm mesajlarından biridir. Bir vaxtlar neft sənayesinin yaratdığı ciddi ekoloji problemlərlə üzləşən paytaxt bu gün müasir parkları, yaşıl zonaları və urbanistik layihələri ilə fərqli sima qazanır. Xüsusilə keçmiş “Qara şəhər”in müasir Ağ Şəhər layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu transformasiyanın simvolu kimi təqdim edildi.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın saxlanılmasıdır.

Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir. Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir.


Könül Nurullayeva,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır

17:11
19 May

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

17:00
19 May

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

15:36
19 May

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

15:35
19 May

Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir

15:33
19 May

“AZERBAIJAN RAILWAYS” CLOSED JOIND STOCK COMPANY

15:31
19 May

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

15:30
19 May

Şəhərsalma sahəsində Azərbaycanın uğurları beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir

14:32
19 May

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

14:16
19 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır 

14:15
19 May

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir 

14:13
19 May

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib 

14:12
19 May

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

14:07
19 May

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

14:06
19 May

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

14:02
19 May

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib  

14:01
19 May

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır  

14:01
19 May

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

13:57
19 May

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb  

13:53
19 May

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb  

13:51
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!