18 Oktyabr 2022 20:20
1379
Səhiyyə
A- A+

Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər

 

Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, səhər yeməyindən imtina etmək vərdişi təhlükəsi barədə xəbərdarlıq edən həkim-diyetoloq Yelena Solomatina belə hesab edir.

Diyetoloq deyib ki, səhər yeməyinə təbii ehtiyac insan orqanizminə xasdır. Mütəxəssisin sözlərinə görə, səhər saatlarında fəallığın artması onun üçün təbiidir – bu, müəyyən hormonların istehsalı deməkdir. Belə fəallıq sürətlənmiş maddələr mübadiləsini, səhər saatlarında sürətli qida həzmini təşviq edir.

Diyetoloq dəqiqləşdirib ki, orqanizmdə baş verən mübadilə prosesləri sirkadian ritmlərinə tabedir. O deyib: “Səhər yeməyindən müntəzəm olaraq imtina edilməsi nəticəsində insan axsam vaxtı daha çox yeməyə başlayır, bu da təbii ritmlərin pozulmasına səbəb ola bilər. Bundan başqa, bir müddət sonra sağlamlıqla bağlı ciddi problemlər yarana bilər”.

Mütəxəssis qeyd edib ki, əgər insan səhər yeməyi yemirsə, o, çəki artımı, qanda yüksək şəkər və şəkərli diabet problemləri, ürək xəstəlikləri, hətta xərçəng riskinə məruz qalır. Bu, bədənin gün ərzində qəbul edilməmiş kaloriləri kompensasiya etməyə çalışması ilə əlaqədardır ki, bu da insanı daha gec saatlarda yeməyə sövq edir.

Səhər yemək istəyinin olmamasından şikayət edənlərə Solomatina yatmazdan dörd saat əvvəl qida qəbul etməyi məsləhət görüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video