04 Noyabr 2025 19:36
468
İQTİSADİYYAT
A- A+
Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır - MÜSAHİBƏ  

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır - MÜSAHİBƏ  

Müasir dünyada iqtisadi əlaqələr dövlətlər arasındakı dostluğun əsasını təşkil edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan və Belarusun qarşılıqlı faydalı əlaqələri strateji tərəfdaşlığın əsası üçün möhkəm baza yaradıb. Dövlətlər arasındakı bu və ya digər aspektlər barəsində Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç ilə həmsöhbət olduq.

-Cənab səfir, Azərbaycan ilə Belarus arasındakı əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoqun səviyyəsi, bərabərlik, qarşılıqlı hörmət və konstruktiv yanaşma hörmətli Prezident Aleksandr Qriqoryeviçin və hörmətli Prezident İlham Heydər oğlunun xidmətidir. Xalqlarımız arasındakı çoxillik dostluğun əsasında mənəvi dəyərlər dayanır. İkitərəfli siyasi əlaqələr yüksək dinamikası ilə fərqlənir. Yüksək səviyyədə 12 səfər, o cümlədən Belarus Prezidentinin Azərbaycana 7 dəfə səfərini və 2024-cu ildə dövlət səfərini qeyd etmək lazımdır. Bu səfərlər əlamətdar olub və prezidentlər ikitərəfli əlaqələrin prioritet istiqamətlərini müəyyən ediblər. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Belarusun dövlət başçısı Qarabağın mirvarisi sayılan Şuşaya səfər edən ilk qeyri-türk dövlətinin prezidentidir. İki ölkənin hökumətləri də fəal əlaqə saxlayırlar. Baş nazirlər iki il ərzində qarşılıqlı səfərlər ediblər, parlamentlərdə işçi qrupları fəaliyyət göstərir, Azərbaycan və Belarus Milli Məclislərinin sədrləri qarşılıqlı səfərlər həyata keçirir, Belarusun deputatları Azərbaycanda keçirilən referendum, prezident və parlament seçkilərini müşahidə edirlər. Bunlarla yanaşı, xarici işlər nazirləri də müxtəlif beynəlxalq platformalarda görüşürlər. Belarus nümayəndə heyəti Bakıda keçirilən qlobal iqlim sammitində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində iştirak edib. Ölkələrimiz BMT, UNESCO, BMT İqtisadi və Sosial Şurası (ECOSOC), Parlamentlərarası İttifaqda qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi üzv olması üçün Belarusu dəstəkləməsi, Belarusun da Azərbaycanın Ümumdünya Turizm Təşkilatına namizədliyini dəstəkləməsi və Ümumdünya Poçt ittifaqının orqanlarına seçkilərdə qarşılıqlı dəstəyi nümunə göstərmək olar.

Xüsusi olaraq Azərbaycan nümayəndələrinin Böyük Vətən müharibəsində ümumi qələbənin 80 illiyində iştirakını qeyd etmək istəyirəm. Belarus torpaqlarının alman-faşist işğalından azad edilməsində iştirak edən azərbaycanlılardan Həzi Aslanov və Nəcəfqulu Rəfiyevin xatirələri xalqımız tərəfindən hər zaman anılır.


-İki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında pozitiv dinamika müşahidə olunur. Bu əməkdaşlığın daha da inkişafı üçün hansı yeni layihələri prioritet hesab edirsiniz?


-İqtisadi-ticarət əlaqələri Belarus ilə Azərbaycan arasındakı münasibətlərin əsas istiqamətini təşkil edir. Yüksəksəviyyəli qarşılıqlı əlaqələrin intensivliyi Belarus-Azərbaycan Hökumətlərarası Komissiyanın dövlət başçıları tərəfindən qarşıya qoyulan miqyaslı məsələlərin həll olunması işinə yüksək temp verir. Bu günlərdə Bakıda Belarus-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi. Belarusdan iclasda böyük nümayəndə heyəti iştirak edirdi. Dövlətlərimiz ticarətin diversifikasiyası edilərək qarşılıqlı faydalı olması istiqamətinə yönəliblər. İqtisadi tərəfdaşlığımızın əsasında maşınqayırma, kənd təsərrüfatı, ağac emalı, ərzaq təminatı, əczaçılıq və qarşılıqlı investisiya yatırımı sahələri dayanır. Dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə keçən iclasda ikitərəfli əlaqələrin geniş aspektləri müzakirə olundu. İclasda xüsusi diqqət Prezident Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında, Baş nazir Aleksandr Turçinin cari ilin mayında Azərbaycana səfərləri zamanı əldə olunan razılaşmaların reallaşmasına yönəlmişdir. Biz maşınqayırma, tikinti, kənd təsərrüfatı, kimya sənayesi sahələrində istehsal kooperasiyasının genişləndirilməsi üzərində çalışırıq və bizim birgə layihələrimiz yaxın gələcəkdə qarşılıqlı ticarətin, xidmətlərin əsas trendi olacaq. Böyük layihələrimizdən biri Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasıdır. 2007-ci ildən bu zavodda 14 min Belarus traktoru yığılıb. Bununla yanaşı, kombayn, yük avtomobilləri, elektrik avtobusu və yanğın-xilasetmə texnikası da yığılıb.

Cari ildə Bakıda “Vertus” şirkətinin bazasında lift istehsalı müəssisəsi açılıb. Müxtəlif növ məişət texnikasının birgə istehsalı üçün də işlər aparılır. Yaxın zamanda MAZ bazasında müxtəlif kommunal texnika istehsalı layihəsinin reallaşmasına start veriləcək. Perspektivdə kənd yaşayış məntəqələri, o cümlədən Qarabağ regionu üçün daşınan tibbi kompleks və ticarət pavilyonu istehsal layihələri də həyata keçiriləcək.


-Belarus və Azərbaycan sənaye sahəsində birgə texnika istehsal edir. Bu proqramların daha hansı sahələr üzrə genişləndirilməsi planlaşdırılır?

-Sənaye sahəsində əməkdaşlıq həmişə ikitərəfli iqtisadi əlaqələrin flaqmanı olub. Maşınqayırmadan başqa, kimya və əczaçılıq sahələri üzrə də birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Yaxın zamanlarda quduzluğa qarşı vaksin və digər baytarlıq preparatlarının istehsalına başlayacağıq. Bununla yanaşı, Belarus dərmanlarının Azərbaycanın yeni zavodunda istehsalı planlaşdırılır. Eyni zamanda, kimya sahəsində Belarus kalisi və Azərbaycan azotundan gübrə kompleksi istehsalı da nəzərdə tutulub. Azərbaycan və Belarus mütəxəssisləri Qarabağ regionunda aqro şəhərciyin salınması işi üzərində çalışırlar. Bu günlərdə Belarus və Azərbaycanın Baş nazirlərinin müavinləri Natalya Petkeviç və Samir Şərifov Ağdam şəhərinə səfər edərək Ağdam Sənaye Parkına və Qızıl Kəngərli kəndində salınacaq aqroşəhərciyin ərazisinə baxış keçiriblər. Əminəm ki, Ağdam Sənaye Parkında əməkdaşlıq üçün yeni layihələr və istiqamətlərin hazırlanması üçün zəmin yaradılacaq.


-İkitərəfli əlaqələrimizin humanitar aspektləri barədə nə deyə bilərsiniz?

-Bu gün Belarus və Azərbaycan yüksəksəviyyəli humanitar əməkdaşlıq əlaqələrinə malikdirlər. Mədəniyyət, təhsil, elm, idman, səhiyyə, turizm və gənclər sahəsində əməkdaşlıq üçün çoxsaylı səfərlər təşkil olunub. Mədəniyyət günləri, sərgilər, konfranslar, kino nümayişləri, dəyirmi masalar keçirilib. MDB çərçivəsində keçirilən tədbirlərdə birgə iştirak etmişik. Son vaxtlar filarmoniya, muzey, teatr, musiqi akademiyası, rəssamlar ittifaqının təsis olunması haqqında yeni razılaşma imzalanıb. Ötən il Azərbaycanda Belarus Mədəniyyət Günləri keçirildi. Mədəniyyət günlərində iştirak etmək üçün Azərbaycana gələn yaradıcı kollektivlər hərarətlə qarşılandı. İndi Minsk sakinləri 2026-cı ildə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini səbirsizliklə gözləyirlər. Belarus və Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlıq haqqında 70 müqavilə imzalanıb. Bakı və Minskdə müvafiq olaraq Azərbaycan və Belarus dillərində Universitet Mərkəzləri fəaliyyət göstərir. İlk belə mərkəz 15 il əvvəl Belarus Prezidentinin Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində açılıb. Belarus peşə təhsilinin modernləşməsi üçün Azərbaycana dəstək verib. Ötən il 4 birgə elmi-texniki layihə həyata keçirilib. Əminəm ki, elmi-texniki sahədə əməkdaşlıq ölkələrimizin iqtisadi inkişafa yaxından köməklik göstərəcək.

Həmçinin ötən il Belarus-Azərbaycan gənclik forumu keçirildi və Respublika Gənclik Mərkəzi ilə Bakı Gənclik Mərkəzi arasında memorandum imzalandı. Onlar arasında hazırda birgə layihələrin və təşəbbüslərin müzakirəsi aparılır. Mənzil-qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə Belarus gəncləri arasında əlaqələr qurulub. Biz tez-tez “Gənclər bizim gələcəyimizdir” - deyirik və buna görə də gənclər arasında əlaqələrin güclənməsini vacib hesab edirik.

İdman sahəsində komandalar və idman federasiyaları səviyyəsində əməkdaşlıq əlaqələrimiz davam edir. Fürsətdən istifadə edib Azərbaycanı 3-cü MDB Oyunlarını uğurla keçirdiyinə görə təbrik edirəm. Bu idman yarışında Belarusu 240 idmançı təmsil edirdi.

Belarus və Azərbaycan üçün əhəmiyyətli istiqamətlərdən biri də turizmdir. Səhiyyə sahəsində əməkdaşlıq əlaqələrini artırırıq. Səhiyyənin onkologiya və transplantologiya sahələrinə əməkdaşlığa xüsusi diqqət yetiririk.

Ümumilikdə isə xalq diplomatiyasının inkişafını da prioritet istiqamət hesab edirik və buna görə də insanlarımız arasındakı əlaqələri idman, turizm, elm və gənclər siyasəti ilə daha da yaxınlaşdırmağa çalışırıq.

AZƏRTAC 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!