03 Aprel 2024 16:33
359
DÜNYA
A- A+

Sakit okeanın dərinliyində heyrətamiz dəniz canlıları lentə alınıb

 

Sakit okeanının 5 kilometr dərinliyində kritik və nadir metalların çıxarılması üçün nəzərdə tutulan təmiz ərazidə aşkarlanan heyrətamiz canlıların ilkin görüntüləri lentə alınıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Klarion-Klipperton zonasına 45 günlük ekspedisiya nəticəsində bu ərazidəki biomüxtəliflik sənədləşdirilib. İngiltərənin “Ceyms Kuk” tədqiqat gəmisinin göyərtəsində olan komanda uzaqdan idarə olunan fotoaparatla dərin dəniz həyatının şəkillərini çəkib və gələcək tədqiqat üçün nümunələr götürüb.

“Bu canlı növlərinin çoxunun elm üçün yeni olacağı güman edilir. Onların bəziləri elmə məlum olsa da, fototəsvirləri çəkilməyib”,- deyə London Təbiət Tarixi Muzeyinin dəniz bioloqu Reqen Drennan bildirib.

Səyahət Böyük Britaniyanın təşəbbüsü ilə Təbiət Tarixi Muzeyi, Milli Okeanoqrafiya Mərkəzi, Britaniya Geoloji Tədqiqat Xidməti və digər qurumları əhatə edən “SMARTEX” layihəsi tərəfindən həyata keçirilib.

Ekspedisiya planetdəki bütün canlılar arasında ən uzun ömür sürdüyü güman edilən fincan formalı şüşə süngərlərinin də şəkillərini çəkib. Komanda fotoşəklini çəkdikləri süngərlərin yaşlarını bilməsələr də, onların 15 min ilə qədər yaşadıqlarını söyləyirlər.

Alimlər dərin dəniz mədənlərinin iqlim böhranına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video