Sahibkarlar üçün “Elektron məlumatlandırma” sistemi yaradılıb
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya sahibkarlara müraciət edib. Müraciətdə sahibkarlara yeni yaradılan “Elektron məlumatlandırma” sistemi haqqında məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının gözlənilən iclasları barədə məlumatları qabaqcadan elektron poçt vasitəsilə operativ qaydada əldə etməyə imkan verən “Elektron məlumatlandırma” sistemi yaradılıb.
Sistemdə qeydiyyatdan keçməklə Komissiyanın fəaliyyəti ilə bağlı məlumat əldə etmək və ölkəmizin biznes mühitinin inkişafı naminə islahat təşəbbüslərinin hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək mümkündür.
Bundan başqa, komissiyanın işçi qruplarının onlayn və üz-üzə keçirilən iclaslarında iştirak etmək və işçi qruplarının fəaliyyəti ilə bağlı təkliflər də göndərmək olar.
Sistemində istifadə etmək üçün https://azranking.az/protocols-announcements veb səhifəsinə daxil olaraq “Elektron məlumatlandırma” düyməsinə vurmaqla açılan pəncərəyə elektron poçt ünvanınızı daxil edib, 2-ci sətirdə müvafiq işçi qrupunun və ya qrupların üzərinə vurmaqla işçi qruplarının adlarını siyahıya əlavə etmək mümkündür.
Hər iki sütunda zəruri məlumatlar qeyd edildikdən sonra pəncərənin sol aşağı hissəsində “Təsdiq et” düyməsini vurmaqla müraciətin göndərilməsi tamamlanır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA...
05 Dekabr
Rusiyanın hərbi obyektləri VURULDU
05 Dekabr
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib
05 Dekabr
İran prezidenti Rusiyaya gedir - SƏBƏB
05 Dekabr
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb
05 Dekabr
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər...
05 Dekabr
Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
05 Dekabr
Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!