16 May 2025 09:15
2554
Səhiyyə
A- A+
Sağlamlığın qırmızı sirri

Sağlamlığın qırmızı sirri


Təbii qidalanma sağlam həyatın əsas şərtlərindən biridir. Vitamin və minerallarla zəngin meyvə və tərəvəzlərin hər biri orqanizm üçün mühüm rol oynayır. Rənglərinə görə fərqli qida maddələrini ehtiva edən bu məhsullar arasında qırmızı meyvə və tərəvəzlər xüsusilə diqqətçəkəndir. Belə ki, onların tərkibində olan likopen maddəsi güclü antioksidant təsirə malikdir. Likopen meyvə və tərəvəzlərə qırmızı rəng verən karotin ailəsinə aid təbii piqmentdir.

Likopen hüceyrələri sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır, dərini günəşin zərərlərindən qoruyur, sümükləri möhkəmləndirir və göz sağlamlığını dəstəkləyir. Gündəlik 10 milliqram likopen qəbul etmək orqanizm üçün faydalıdır. Məsələn, bir dilim qarpız bu ehtiyacı ödəməyə kömək edə bilər. Ancaq bəzi hallarda, məsələn, xərçəng müalicəsi alan və ya ürək-damar problemi olan şəxslərdə həkim nəzarəti ilə qəbul edilə bilər. Çünki həddindən artıq likopen qəbulu aşağı təzyiqə səbəb ola, mədə xoralarını artıra və bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.

Likopen təkcə daxili orqanları deyil, həm də dərini qoruyan, yağlı dəri toxumasında toplana bilən güclü antioksidantdır. Onun dəri toxumasında sıxlığı artdıqca Günəş şüalarının verə biləcəyi zərərlər azalır. Likopen bədəndə iltihab nəticəsində yaranan ağrıları aradan qaldırmağa da kömək edir. Xüsusilə xroniki xəstəliklərdə görülən aşağı səviyyəli iltihabın azaldılmasında dəstəkləyici rolu olduğu düşünülür. Bitki mənşəli bu antioksidantı yağla birlikdə istehlak etmək onun udulmasını əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən onu zeytun yağı kimi sağlam yağlarla birlikdə istehlak etmək lazımdır. Likopenlə zəngin meyvə və tərəvəzlər bunlardır: 

Pomidor: Təbii oksidantın ən yüksək konsentrasiyası olan qida pomidordur. Bişmiş pomidorun tərkibində likopen yüksək olduğu üçün pomidoru bir az yağla bişirib yemək daha faydalıdır. Belə ki, bu zaman likopenin miqdarı artır və daha güclü antioksidant yaranır. Bundan əlavə, qurudulmuş pomidor, təbii tomat pastası və tomat şirəsi kimi pomidor məhsulları da likopenlə zəngindir. 

İtburnu: Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəlik zamanı xalq təbabəti kimi istifadə ediblər. Bu bitki güclü C vitamini təsiri sayəsində soyuqdəymə başda olmaqla bir çox xəstəliyə qarşı müqaviməti artırır. Bundan əlavə, o, oynaq ağrılarını aradan qaldırır, damar tıxanması, iltihab və diabet kimi bir çox xəstəlikdən qoruyur.

Qırmızı bibər: Limon və portağal kimi sitrus meyvələri C vitamini mənbəyi kimi tanınsa da, qırmızı bibərin tərkibində bu vitaminin miqdarı daha yüksəkdir. Maddələr mübadiləmizi canlandırmaq üçün gündəlik qida rasionumuza bol qırmızı bibər əlavə etmək faydalıdır. C vitamini ilə yanaşı, A, B və E vitaminləri ilə zəngin olan bu tərəvəz bədənin istiliyini artırır və oksigen ehtiyacı yaradır. Bu, arıqlamağa da kömək edir.

Çuğundur: Sağlamlıq üçün faydalı olan qırmızı qidalar siyahısında çuğunduru da qeyd etməmək mümkün deyil. Kalium, maqnezium, sink mineralları, A və C vitaminləri ilə zəngin quruluşu sayəsində çuğundur tam müalicəvi təsirə malikdir. Çox aşağı kalorili olması, qaraciyərə müsbət təsiri və uzun müddət toxluq hissini təmin etməsi çuğunduru qida rasionumuzun əvəzolunmaz hissəsinə çevirir. Tərəvəzin tərkibində 90-99 faiz saxaroza var. Buna görə də artıq çəkili və şəkərli diabet xəstələri çuğundurdan istifadə edərkən diqqətli olmalıdırlar.

Qırmızı alma: Alma vitaminlərlə zəngin olan ən faydalı meyvələrdən biridir. 85 faizi su olan qırmızı almanın tərkibində təxminən 30 vitamin və mineral, 150 aktiv bitki maddəsi və 60 kalori var. Qanda şəkər tarazlığını qoruyaraq xolesterinə müsbət təsir göstərən qırmızı alma qabıqlı halda istehlak edildikdə bağırsaqların asan işləməsini təmin edir və qastritdən qaynaqlanan mədə yanmasını aradan qaldırır. Qırmızı alma həmçinin yüksək miqdarda polifenol ehtiva edir ki, bu da qan təzyiqini aşağı salır, iltihab əleyhinə və antioksidant təsirə malikdir.

Nar: Tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C, B1, B2 vitaminləri ilə zəngin olan nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, təzyiqi aşağı salır, ürəyi, mədəni və diş ətini qüvvətləndirir, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Araşdırmalara görə, 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub. Mütəxəssislər bildirirlər ki, bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir. Narın qabığı da özü qədər faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində qəbul edirlər.

Qarpız: Gün ərzində 100-150 qr qarpız yemək gündəlik vitamin və mineral ehtiyacının 10 faizini ödəyir. O, susuzluğun qarşısını alır, böyrəklərin müntəzəm fəaliyyətini tənzimləyir, yüksək qan təzyiqini azaltmağa kömək edərək ürək-damar sağlamlığını qoruyur, bədəni toksinlərdən təmizləyir,  əzələ sistemini gücləndirir və idmandan sonra yeyildikdə əzələ ağrısını azaldır. Eyni zamanda sinir sisteminə müsbət təsir edərək yuxu rejimini qaydasına salır, yaddaşı gücləndirir. Böyrək xəstələrinin qarpız yeməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur. Bundan əlavə, qarpızın pendirlə istehlak edilməsinin daha doğru olduğunu bildirən mütəxəssislər bunun qan şəkəri balansını qoruya biləcəyini söyləyirlər.

Çiyələk: Yazın müjdəçisi olan bu meyvə qaraciyərin və böyrəklərin fəaliyyətini bərpa edir, ziyanlı xolesterini aşağı salır, sidik yollarının iltihabını aradan qaldırır. Tərkibi C vitamini ilə zəngin olan çiyələkdən bol-bol yeyənlərin qocalanda yaddaşı zəifləmir və onlar Alsheymer xəstəliyinə tutulmurlar. Təbii çiyələk daha xeyirlidir. Belə ki, təbii çiyələklə istixanada bitən çiyələyin antioksidant təsirləri arasında 20 dəfəyə qədər fərq var. Yəni parnikdə yetişən 20 kiloqram çiyələk 1 kilo təbii çiyələk qədər belə təsirli deyil. Çiyələyin tərkibində oksalat turşusu çox olduğundan böyrək və öd daşları olanlar ehtiyatla istifadə etməlidir.

Albalı: 100 qram albalıdan gündəlik A və C vitaminləri ehtiyacının 20 faizini almaq mümkündür. Bu vitaminlər saç, dırnaq və oynaqların vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. A vitamini sağlam dərini və görmə qabiliyyətini artırır, antioksidant xüsusiyyətləri ilə tanınan C vitamini isə immunitet sistemini gücləndirir və yaraların tez sağalmasına kömək edir. Bundan əlavə, albalının tərkibində B vitaminləri,  kalium, maqnezium, fosfor və dəmir kimi minerallar da var. Meyvənin turş dadı onun tərkibində triptofan, fol, malik, salisilik, süksinik və sitrik kimi müxtəlif turşuların olması ilə əlaqədardır. Bu maddələr həzm sisteminin fəaliyyətinə faydalı təsir göstərir, bağırsaq hərəkətliliyini yaxşılaşdırır, bu da qidanın daha yaxşı mənimsənilməsinə kömək edir və qəbizliyin qarşısını alır. Albalı aşağı kalorili olduğu üçün pəhriz zamanı qəbul edilə bilər.

Moruq: Sərinlətmə xüsusiyyətinə malik olan bu meyvə K və C vitaminləri ilə zəngindir. Qanı filtrasiya edən moruq revmatizm xəstələrinə çox faydalıdır. Hərarətsalıcı təsiri olduğu üçün meyvədən qızılca və məxmərək xəstəlikləri zamanı istifadə edilir. Boğaz ağrısı, sidik yollarının iltihabı və qəbizlik zamanı da moruq yemək tövsiyə olunur. Meyvənin 20-50 qram yarpaqlarını və ya gülünü bir litr suda qaynatmaq səs tutulması, dəri xəstəlikləri üçün faydalıdır. Bu məhluldan boğaz ağrılarının qarşısını almaq, ağız yaraları, tonzilit xəstəliklərini sağaltmaq üçün qarqara kimi istifadə etmək olar.

Qırmızı soğan: Bu tərəvəz immunitet sistemini gücləndirmək üçün çox vacib qida mənbəyi hesab olunur. Qırmızı soğanın ən diqqətçəkən faydası sağlam hüceyrələrə zərər verən maddələri aradan qaldırmasıdır. Tərəvəzdə olan kükürd birləşmələri qan təzyiqini aşağı salmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edir. Bundan əlavə, qırmızı soğanın dəmir mineral tərkibi sarı soğandan daha yüksəkdir. C vitamini ilə zəngin olan bu soğan növü immunitet sistemini gücləndirir, ağciyərləri təmizləyir, dərini Günəş şüalarından və qırışlardan qoruyur. Dəmir ilə zəngin olduğu üçün qan azlığından əziyyət çəkən insanların qida rasionuna qırmızı soğan əlavə etmələri vacibdir. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!