12 Fevral 2025 08:30
442
SİYASƏT
A- A+
Rusiyanın məsuliyyətdən yayınması mümkün deyil

Rusiyanın məsuliyyətdən yayınması mümkün deyil


Təyyarənin vurulması ilə bağlı faktlar ilkin hesabatda da təsdiqini tapıb 


Məsuliyyətdən yayınmağa, günahı başqalarının üstünə atmağa çalışmaqla həqiqəti ört-basdır etmək olmaz. Ortada çox aydın olan faktlar varsa, bu, ümumiyyətlə, mümkünsüzdür.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer-190" tipli sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Rusiyanın hava məkanında, Qroznı səmasında hansı "kənar fiziki və texniki müdaxiləyə məruz" qaldığını bu günlərdə açıqlanan ilkin hesabat da təsdiq edib. Hesabatda pilotun Bakıya qayıtmaq barədə qərar verdiyi, ancaq kənar müdaxilə nəticəsində təyyarənin sistemi sıradan çıxdığı üçün qərarını reallaşdıra bilmədiyi qeyd olunub.

Faciənin baş verməsinin səbəbini ilk gündən ən yaxşı bilən elə Rusiya özü idi. Təəssüf ki, Rusiya doğru yolu seçərək üzr istəmədi. Əvəzində həmin ölkənin bir sıra siyasətçiləri, eləcə də KİV-i qəzanın baş verməsində pilotları günahlandırmağa cəhd göstərdilər.

AZAL-a məxsus "Embraer-190" tipli sərnişin təyyarəsinin vurulması ilə əlaqədar rəsmi Bakının tutarlı faktlarını, necə deyərlər,  qulaqardına vuranlar  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasını özünəməxsus şəkildə göstərməyə və cavab verməyə çalışırlar.

Qeyd edək ki, Azərbaycan bütün addımlarını respublikamızın qanunvericiliyinə uyğun və ədalət çərçivəsində atır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının "Rossotrudniçestvo" agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualını cavablandırarkən bildirdi ki, Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib: "Bununla Azərbaycan tərəfinin ölkəmizdə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir".

Təəssüf ki, Rusiyada səsləndirilən fikirlər bu ölkənin bəzi siyasətçilərinin və bir sıra KİV-in əndazəni aşmağa, qanunu, hüququ və ədaləti görməzdən gəlməyə meyil etdiyini söyləməyə əsas verir.

Ölkənin Dövlət Dumasının deputatı Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, Rusiyanın ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılması, qanuni yaşayanların hərbi uçota götürülməsi, cəbhəyə göndərilməsi və buna bənzər digər iddialar irəli sürür. Xatırladaq ki, Nikolay Valuyev Rusiyanın hakim "Vahid Rusiya" ("Yedinaya Rossiya") partiyasının Dövlət Dumasında təmsil olunan deputatlarından biridir. Sözügedən partiyanın Dumadakı digər nümayəndəsi Yevgeni Popov isə "Rossotrudniçestvo"nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmağı təklif edib.

Rusiyanın Dövlət Dumasının başqa bir deputatı - Andrey Pinçuk isə lap irəli gedərək "Crocus" şirkətinin və "Sadovod" ticarət kompleksinin az qala müsadirə edilməsini təklif edib.

Xatırladaq ki, Nikolay Valuyevin "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına və ölkəmizə qarşı təhqiramiz ifadələrə yer verməsi ölkəmizdə etirazla qarşılanıb.

"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir", - Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualına cavabında bildirib. XİN-in mətbuat katibi onu da diqqətə çatdırıb ki, ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib: "Ümumilikdə bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Məsələn, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsi sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda "arzuolunmaz şəxs" kimi müvafiq siyahıya daxil edilib". 

Təəssüflə bildirilib ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasının üzvləridir. 

Əlbəttə ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı qanunvericilik çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmiz regionda sabitliyi təmin edib

08:00
23 Oktyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!