Riyakar siyasət İranı uçuruma aparır
Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Və ölkəmiz bu dövlətlə sıx əməkdaşlıq edib. Həmin siyasət, daha da əhatəli olmaqla, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməkdədir. Mehriban qonşuluq naminə bir sıra hallarda bu qonşu ölkə üçün güzəştlərə də gedilib.
Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq addım atmayıb, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu ölkə ilə illər boyu fəal əməkdaşlıq əlaqələrini möhkəmlədib, birgə iqtisadi layihələr reallaşdırıb. Bu ölkə ilə həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və s. sahələrdə geniş tədbirlər həyata keçirilib. Bu da təsadüfi deyil. Məlumdur ki, əhalisinin 40 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini həm də mədəni və mənəvi dəyərlər bağlayır.
Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının qələbə ilə başa çatan Vətən müharibəsindən sonra bu ölkənin Azərbaycana qarşı münasibəti kəskin dəyişdi. Sağlam məntiqə görə Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalıydı. Hətta qələbədən bir qədər sonra Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərindəki qədim Xudafərin körpüsünün üstündən İrana dostluq mesajları göndərmişdi. Yəni İranın Ermənistana hərbi-siyasi dəstəyini dilə gətirməmiş, qonşu ölkəni yeni əməkdaşlığa səsləmişdi. Qonşu dövlət isə Qarabağ münaqişəsinin bitməsindən sonra Ermənistanla sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Bu ölkə əhalisi içərisində böyük narahatlıqlar yaradır.
İranın qonşu olaraq Azərbaycana qarşı riyakar davranışı hər addımda özünü göstərir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməsi sağlam məntiqə sığmır. İran rəsmi olaraq Ermənistanı təcavüzkar adlandırmamış, Azərbaycanın tarixi dini-mədəni abidələrinin dağılmasını, Ermənistanın əsassız ərazi iddialarını pisləməmiş, Xocalı soyqırımını tanımamış, hətta Xocalı faciəsi haqqında müzakirə belə keçirməmişdır.
İranda yaşayan soydaşlarımıza münasibət də təəssüf doğurur. İranda azərbaycanlılarının milli hüquqları məsələsinə toxunan tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı dedi ki, İranda yaşayan azərbaycanlıların dəqiq sayı verilmir, hətta rəsmi statistik rəqəmlərdə həmişə bu say az göstərilir: " Xüsusilə də İranda əhalinin etnik tərkibi haqqında məlumatlar göstərilmir, azərbaycanlıların doğma dildə yazmaq, təhsil almaq məsələsi, milli hüquqları, milli kimliyi, ictimai-siyasi və iqtisadi vəziyyəti, yaşadığı şəhərlər, Azərbaycanın maddi-mədəni abidələri və s. həmişə dünya ictimaiyyətinin diqqətində olmuşdur. İran uğursuz xarici siyasəti və əsassız ambisiyaları səbəbindən son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, "himayə etdiyi müsəlman ölkəsini" xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb". Bunlar yaşadığımız dövrün reallıqlarıdır.
İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu məsələni çıxışında xüsusi vurğulayaraq demişdir: "Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlarından məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".
İranda bütün təqib, təzyiq, həbs, işgəncə və hədələrə baxmayaraq, soydaşlarımızın milli qüruru sınmamış və bu günə qədər də davam edir. Sübhan Talıblı deyir: "Hər il Ana dilində təhsilin tələbi ilə xüsusi nümayişlər keçirilir, 21 Azərin (12 dekabr) ildönümü, Beynəxalq Ana dili Günü qeyd edilir. Hər il iyulun 6-sı Azərbaycanın qəhrəmanı Babək Xürrəminin doğum günü ilə əlaqədar Babək qalasına (Bəzz qalası, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşən qala) yürüş təşkil edilir, icazə verilməməsinə və maneələrə baxmayaraq, Xocalı faciəsi ilə bağlı Tehrandakı Ermənistan səfirliyi önündə aksiyaların keçirilməsinə cəhdlər göstərilir. Müxtəlif hadisələrlə bağlı tədbirlər, mitinqlər, nümayişlər təşkil edilir. Soydaşlarımızın ana dili uğurunda mübarizə və mücadilələri sönməmiş, onlar bunu şəfərlə davam etdirirlər. Bütün bunlara görə soydaşlarımız təqib edilir, həbslərə atılır".
Siyasətçilərin dediklərinə görə, son günlərdə İran ordusunun 100 hərbçisi etirazlara qoşulduğuna görə həbs edilib. "Fars news" agentliyi bunların 115 nəfər olduğunu yazır. İran prezidenti, parlament sədri, məhkəmə hakimiyyətinin başçısı bu məlumatı əsassız elan etsələr də, bu, reallıqdır və get-gedə xalqın müxtəlif təbəqələrinin bu hərəkata qoşulması göz qabağındadır.
Nə qədər gec deyil, İran hakimiyyəti xalqın tələbinə qulaq asıb onu yerinə yetirməlidir. Belə olmasa, İran uçuruma yuvarlanacaq, xalq isə haqqını əldə edəcək. O zaman daha indiki rejimə İranda yer qalmayacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!