11 Iyun 2024 09:00
293
SİYASƏT
A- A+

Revanşist keşişin etirazı İrəvanı qanlı toqquşmaya aparır

 

Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Əsas niyyət iqtidara  qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc  yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir. 
Görünən odur ki, Xocalı soyqırımını törədənlər və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planları heç də asan olmayacaq. Hökumət əleyhinə etiraz aksiyaları mediada təqdim edildiyi qədər genişmiqyaslı deyil. 
"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək və çadır quraraq Baqramyan prospektini bağlayacaqlar: "Biz burada qalacağıq, avtomobillərimizə yerləşəcəyik və çadırlar quracağıq. Polis Dəmirçiyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq".
Arxiyepiskop müxalifət hərəkatının parlament binasına yürüşünün qarşısını kəsən polisə müraciət edib. O qeyd edib ki, etirazçılar "yorğun adamlar deyil", buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları gecə-gündüz şəhərin küçələrində patrul nəzarəti çəkməli olacaqlar. Arxiyepiskop Ermənistan vətəndaşlarını səhər saatlarında Baqramyan prospektində parlament binası yaxınlığında çadırlarda gecələdikləri nümayişə qoşulmağa çağırıb.
Paşinyana yaxın media erməni kilsəsinin rəhbəri II Qareginin və arxiyepiskop Baqratın Hayastanı böyük toqquşmaya və qan tökülməsinə hazırladığını iddia edir. Məşhur "Bağramyan 26" Telegram kanalı bu barədə yazır: "Qaregin və Baqratın iki yolu var idi və onlar bu yollardan qan tökmək yolunu seçdilər. Baqrat artıq açıq şəkildə insanları küçələrə çıxmağa və polislə döyüşə çağırır. Baqratın siyasi həyatı artıq bitir. İndi o, hamını qurban verməyə, küçələrdə qan tökməyə hazırdır".
"Azatazen" təşkilatının idarə heyətinin üzvü İşxan Gevorqyan Baqramyan prospektində jurnalistlərlə söhbətində ölkəsində yaranmış xaosdan gileylənib, aksiyalara az adamın qatılmasını pisləyib: "Biz uğursuzluğa düçar ola bilmərik. Əgər uğursuzluğa düçar olsaq, hər il daha da kiçiləcəyik".
Aksiyaya qatılan təşkilat sədri qeyd edib ki, hökuməti devirmək asan olmayacaq: "Bir-iki ay meydanlarda oturub polislərə boş butulka atmaq axmaqlıq olardı. İnsanlar başa düşməlidirlər ki, bu, uzun mübarizədir və nümunəvi davranış sərgiləməklə bizim sıralarımızda qalmaq lazımdır".
Göründüyü kimi, revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Nəzərə alaq ki, Ermənistan kilsəsi kifayət qədər gücə sahibdir. Bu, həm də o anlama gəlir ki, keçmiş hərbi xunta və onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyirlər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video