05 Iyul 2024 19:01
1040
Elm və texnika
A- A+

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

 

İyulun 5-də Bakı Konqres Mərkəzində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, 2023-2024-cü tədris ilində olimpiadaya 57 min 483 şagird qatılıb. Respublika mərhələsində yarımfinala 12 min 238, finala isə 1025 şagird vəsiqə qazanıb.

Olimpiadada 491 nəfər qalib gəlib və 122 nəfər məzun adını qazanıb. Bu o deməkdir ki, onlar ali məktəblərə imtahansız qəbul imkanına malikdirlər. Yəni artıq tələbə adını qazanıblar.

Olimpiadanın nəticəsinə görə, 84 nəfər qızıl, 163 nəfər gümüş, 244 nəfər bürünc olmaqla ümumilikdə 491 nəfər qalib elan edilib. Qaliblərin 151 nəfəri qız, 340 nəfəri oğlandır.

Qaliblərin 204 nəfəri ümumi təhsil müəssisələrindən, 50 nəfəri rayon, 74 nəfəri isə kənd-qəsəbələrdəndir.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq prioritet istiqamətlərdən olmalıdır.

Elm və təhsil naziri vurğulayıb ki, olimpiadada qalib gələn tələbələr gələcəkdə daha mötəbər yerlərdə işləyərək xalqımıza və dövlətimizə xeyir verirlər.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video