02 Fevral 2025 08:45
453
SİYASƏT
A- A+
Rəsmi Paris istədiyinə nail olmayacaq

Rəsmi Paris istədiyinə nail olmayacaq


Fransa nə qədər cəhdlər etsə də, müstəmləkəçilik siyasətini yürüdə bilməyəcək


Yüz illərdir ki, sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən ölkələrdə müstəmləkə siyasəti yürüdən Fransa bu gün özü yaratdığı problemlərin məngənəsindədir. Müstəmləkəçilik zülmündən cana doymuş xalqlar artıq rəsmi Parisin əsarəti altında yaşamaq istəmədiklərini daha sərt şəkildə və qətiyyətlə bəyan edirlər.

Emmanuel Makron rejiminin problemi təkcə müstəmləkə ölkələrindən eşidilən etirazlar, iğtişaşlar deyil. Rəsmi Paris ölkədəki sosial-iqtisadi problemlərin həllinin də öhdəsindən gələ bilmir. Təəssüf ki, Emmanuel Makron hökuməti daxildəki problemlərin həllini axtarmaqdansa, onlardan yaxa qurtarmağa cəhd edir. İctimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırmaq niyyətilə daha çox xarici siyasətlə diqqətləri çəkməyə çalışır.  Emmanuel Makron hökuməti bir əli ilə Yeni Kaledoniyada, Afrikada, Fransa Polineziyasında, Mayotda, Korsikada və başqa müstəmləkə altında saxladığı ölkələrdə azadlıq tələb edən xalqların mübarizəsini boğmağa, onları yenə də əsarəti altında saxlamağa çalışır, bir əli ilə isə Cənubi Qafqazda suyu bulandırmağa, sülhün bərqərar olmasının, möhkəmləndirilməsinin qarşısını almağa can atır.

Özünü Ermənistanın havadarı, dostu kimi göstərməyə çalışan Emmanuel Makron hökuməti, əslində, ən böyük pisliyi bu ölkəyə edir. Otuz ilə yaxın Azərbaycanın iyirmi faiz ərazisini işğal altında saxladığı dövrdə də Ermənistanın havadarları çox oldu. Bir sıra ermənipərəst dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində Ermənistanın işğalının uzanması üçün əllərindən gələni etdilər. Sülh missiyasını yerinə yetirmək adı altında, əslində, Ermənistana şərait yaradırdılar ki, silahlı qüvvələrinin mövqeyini Qarabağda, Şərqi Zəngəzururda möhkəmlətsin, alınmaz hesab etdikləri istehkamlarını qursun. Ermənistan silahlı qüvvələri həmin müddətdə təxribatlar törətdilər, nəinki Azərbaycan Ordusunun mövqelərini, hətta cəbhədən uzaq olan dinc sakinlərimizin yaşayış yerlərini də iriçaplı silahlardan intensiz olaraq atəşə tutdular. Nəticədə atəşkəs dövründə də Azərbaycanın həm hərbçiləri, həm də mülki şəxsləri şəhid oldular. Fransa kimi demokratiyadan, hüquqdan, ədalətdən danışan dövlətlər və bir sıra beynəlxalq təşkilatlar isə Ermənistanın bu cinayətkar əməllərini "görmədilər". 

2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatı səbəbindən başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz şücaətini, peşəkarlığını göstərdi. 44 gün ərzində işğalçıları məğlub edərək Qarabağı və Şərqi Zəngəzuru azad etdi. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində diqqətə çatdırdığı kimi, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. "Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq Azərbaycan bu imkanları verməyəcək". 

Fransa, Hindistan kimi ölkələr silah-sursat verməklə Ermənistanı astanasında olduğu sülh danışıqlarından uzaqlaşdırmağa, yaxın qonşusu olan Azərbaycanla yenidən münaqişəyə, müharibəyə sövq etməyə səy göstərirlər. Ancaq Ermənistan yenidən Cənubi Qafqazı münaqişə ocağına çevirməyə cəhd etsə, onun alovlarında yanan elə özü olacaq.

Fransa hökuməti riyakar, qarayaxma əməllərindən əl çəkmir. Yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd göstərdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Senatında səsləndirilən iddialara dair şərhində bildirdiyi kimi, bu, Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir: "Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb".

Xarici İşlər Nazirliyinin mətbuat katibi diqqətə çatdırdı ki, Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir, bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır: "Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir".

Görünən odur ki, Emmanuel Makron hökuməti yarıtmaz daxili və xarici siyasəti səbəbindən yaratdığı problemlərdən çıxış yollarını başqalarını günahlandırmaqda, şər-böhtan atmaqda görür. Müstəmləkəçilik dövrünün bitdiyini, xalqların öz ölkələrində əsarət altında yaşamaq istəmədiklərini, müstəmləkəçilərdən qurtulmaq üçün mübarizə apardıqlarını bilə-bilə müxtəlif bəhanələrlə həqiqəti ört-basdır etməyə çalışır. Lakin davam edən proseslər göstərir ki, rəsmi Parisin cəhdləri gözlədiyi, umduğu nəticələri verməyəcək.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib  

11:59
08 Mart

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

11:26
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!