18 Mart 2023 01:48
730
DÜNYA
A- A+
Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyi təklif edilib

Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyi təklif edilib

 

Türkmənistanın keçmiş prezidenti, ölkənin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyini irəli sürməyi təklif edib. 
Prezident Rəcəb Tayyib Ərdoğanın görkəmli şəxsiyyət və dünya səviyyəli siyasətçi olduğunu vurğulayan türkmən xalqının liderinin dediyinə görə, Türkiyə rəhbəri bütün müsəlman xalqları üçün sülhün təmin edilməsi, həmçinin regional və qlobal miqyasda təhlükəsiz və davamlı inkişaf naminə çox iş görür: "Bunun əsasında Türkiyə Prezidentinin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir və biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir".
Q. Berdiməhəmmədov həmçinin qeyd edib ki,  R.T.Ərdoğan XXI əsrdə bu mükafata layiq görülən islam dünyası ölkələrinin dövlət və hökumət başçıları arasında birinci ola bilər.
Xatırladaq ki, yeni il ərəfəsində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop  bildirib ki, o, Ərdoğanın bu nüfuzlu mükafata Rusiya və Ukrayna arasında sülh səylərinə verdiyi töhfəyə görə namizəd göstərilməsinə təşəbbüs göstərib. 
Bu günlərdə Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və Türkiyə lideri növbəti dəfə sülhə töhfə verməyə hazır olduğunu bildirib.
Bu arada, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına mümkün namizədliyini şərh edib. Kremlin sözçüsü bununla bağlı deyib: "Əlbəttə, biz cənab Ərdoğanın səylərini, sülhməramlı fəaliyyətini, vasitəçilik xidmətləri göstərmək cəhdlərini və ikitərəfli Rusiya-Türkiyə münasibətlərinin inkişafına münasibətini yüksək qiymətləndiririk" .
Nobel sülh mükafatı sülh sahəsində nailiyyətlərə görə Nobel Fondu tərəfindən hər il verilən mötəbər mükafatdır və Alfred Nobelin vəsiyyətində təsis etdiyi beş mükafatdan biridir.
Nobel Komitəsinin qaydalarına görə, hazırkı dövlət başçıları, hökumət və milli parlamentlərin üzvləri namizəd irəli sürmək hüququna malikdirlər. Həmçinin ötən illərin laureatları, hüquq və humanitar elmlər üzrə professorlar, beynəlxalq məhkəmələrin üzvləri, Nobel Komitəsinin indiki və keçmiş üzvləri sülh mükafatına öz namizədlərini irəli sürə bilərlər.
Nobel sülh mükafatı 1901-ci ildən bəri hər il verilir.
Mükafat təqdim edildikdə, yalnız qaliblərin adları məlum olur. Bütün digər nominantların adları və Nobel Komitəsinin üzvlərinin rəyləri 50 il ərzində gizli saxlanılır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!