15 Oktyabr 2025 09:05
750
SİYASƏT
A- A+
Qürur günü

Qürur günü


2 il öncə Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağımızı qaldırmışdır


Yaşadığımız müasir tariximizin şərəfli səhifələrindən olan 44 günlük Vətən müharibəsi günümüzün, zamanımızın bir çox reallıqlarını kökündən dəyişdi. İkinci Qarabağ müharibəsində cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində qazanılmış Zəfər, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı Qarabağda və Şərqi Zəngəzurda kök salmış erməni terrorizminə, separatizminə və vandalizminə son qoydu. 

Ölkəmizə sülh gətirən, hamımıza böyük sevinc və qürur bəxş edən bu Zəfər bir daha dünyaya xalqımızın suverenlik arzusunun dönməzliyini, Silahlı Qüvvələrimizin düşmənin bütün təxribat əməllərinə qətiyyətlə cavab vermək əzmində olduğunu göstərdi.  

Azərbaycanın əbədi-əzəli əraziləri olan Qarabağ erməni separatçılarından, erməni faşizmindən azad olunduqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də - ölkəmizə ilk dəfə prezident seçildiyi gündə təntənəli şəkildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın dövlət bayrağını ucaltdı. Xüsusən bir zamanlar Qarabağ separatçılarının ölkəmizə qarşı məkrli planlar hazırladığı Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması ölkəmiz, xalqımız üçün tarixi gün kimi yaddaşlara yazıldı. Ali Baş Komandan Xankəndidə bayrağımızı ucaldarkən çıxışı zamanı da 15 oktyabr 2023-cü ili tarixi bir gün kimi qiymətləndirmişdir. Dövlətimizin başçısı  demişdir ki, bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı: "Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma birnömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".

Amma bu Zəfər asanlıqla qazanılmamışdı. Bunun üçün zaman-zaman uğurlara hesablanmış zəruri addımlar atılmış, mühüm işlər görülmüşdür. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin gücü, qüdrəti artmış, dünyadakı mövqeyi möhkəmlənmişdir. Dövlətimizin başçısı Xankəndidəki çıxışında bu mühüm məsələyə toxunaraq demişdir: "Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".

Uzun illərdən bəri torpaqlarımızda müxtəlif zamanlarda terror və soyqırımlar törətmiş erməni separatizminin kökünün kəsilməsindən sonra Prezident İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun şəhərlərində Azərbaycan bayrağının qaldırılması parlaq qələbəmizin gözlənilən məntiqi sonluğu idi. Bayrağımızın işğal altında olan bütün ərazilərdə dalğalandırılmasını əsas vəzifəsi hesab edən dövlətimizin başçısı ədalətsiz, ikili siyasət yürüdən böyük gücləri diplomatik masada, Ermənistanı isə döyüş meydanında məğlubiyyətə uğratmışdı.  

Prezident İlham Əliyev Xankəndidəki çıxışı zamanı Azərbaycan xalqının birliyini, məğlubedilməz gücünü, onun övladlarının qəhrəmanlığını da xüsusi vurğulamışdır. Dövlətimizin başçısı demişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Prezident İlham Əliyev çıxışında xalqımıza böyük Zəfər sevinci yaşatmış, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmiş antiterror əməliyyatlarından da bəhs etmişdir: "Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. "Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".

Arxada qalmış illər ərzində bir çox tarixi hadisələrə şahidlik etdik. Şərqi Zəngəzurda və Qarabağda üçrəngli bayrağımızı qaldırdıq. Qürur və iftixar dolu bu mənzərələri izləyən xalqımız bir daha əmin oldu ki, bizim qüdrətli liderimiz var. O lider ki, müdrik və qətiyyətli siyasəti ilə canlı əfsanəyə çevrilib. 

Xalqımız həmişə Prezident İlham Əliyevə yüksək etimad göstərib. Dövlətimzin başçısı Xankəndidəki çıxışında bu məsələyə də toxunmuşdur: "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan bayrağı altında. "Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabr ayının 15-də qədim şəhərlərimiz olan Xankəndi, Xocalı, Xocavənddə, Ağdərədə Zəfər bayrağını qaldırması yaddaşlarda əbədi yaşayacaq böyük tarixi əhəmiyyətli hadisədir. Artıq qəhrəmanlıq dastanına çevrilmiş həmin günü qürur və fəxrlə qeyd edirik. 

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Həmin gün işğaldan azad olunmuş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində indi quruculuq, abadlıq və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı mütəmadi olaraq bu şəhərləri ziyarət edir, aparılan quruculuq  işləri ilə tanış olur, zəruri tapşırıq və tövsiyələr verir, qərarlar qəbul edir. 

Tarix heç nəyi unutmur, heç nəyi yaddan çıxarmır. Hadisələri səhifələrində olduğu kimi qoruyub saxlayır. Saxlayır ki, müxtəlif zamanlarda baş vermiş həmin hadisələri gələcək nəsillər öyrənsinlər, xatırlasınlar və onunla qürur duysunlar. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət bayrağımızı  ucaltması da xalqımızın və tariximizin yaddaşından heç vaxt silinməyəcək hadisədir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!