19 Noyabr 2023 09:45
499
İQTİSADİYYAT
A- A+
Quruculuq təntənəsi

Quruculuq təntənəsi

 

Bu gün Qarabağ və Şərqi Zəngəzur abadlıq meydanına, cənnətməkana çevrilib

 

"Böyük qayıdış proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir".
Sentyabrın 29-da Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur abadlıq meydanına, cənnətməkana çevrilib. 
30 il ərzində düşmənin daşı daş üstündə qoymadığı, "ölü torpaq" siyasəti həyata keçirdiyi 10 min kvadratkilometr ərazidə dünyada bərabərinə rastlanmayan miqyasda tikinti və quruculuq işləri aparılır, müasir infrastruktur qurulur, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, nəhəng tunellər salınır, modern şəhər və kəndlər yaradılır. 
Dövlətimiz tərəfindən Böyük qayıdışla bağlı görülən yüksəksəviyyəli hazırlığın misilsiz nəticəsidir ki, artıq qədim yurdlarımızda yeni və xoşbəxt yaşam başlayıb, ağalılıların,  talışlıların, zabuxluların, laçınlıların, füzulililərin timsalında dədə-baba yurdlarımıza doğma nəfəs, hənir qayıdıb. 

 

Milli çağırış

 

2020-ci ilin noyabrından, 44 günlük Vətən müharibəsinin başa çatmasından dərhal sonra Azərbaycan işğaldan azad etmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırışımız elan edən Prezident İlham Əliyevin şəxsi nəzarəti altında bu yerlərdə kompleks iş aparılır, əhalinin təhlükəsiz və ləyaqətli yaşamı üçün hər cür şərait yaradılır. 
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Hazırda bu proqram böyük müvəffəqiyyətlə icra olunur və həmin ərazilərdə vüsət alan genişmiqyaslı quruculuq işlərini dövlətimiz öz hesabına həyata keçirir.
Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən üç il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimiz olan qayıdışa nail olunması istiqamətindədir.  
2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, gələn ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. 

 

Quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır

 

İşğaldan azad edilən yurdlarımız düşmənin basdırdığı minalardan qarış-qarış təmizləndikcə, həmin yerlərdə təhlükəsiz yaşam qurulur. Müasir infrastruktur layihələri həyata keçirilən, dəmir və avtomobil yolları, tunellər çəkilən,  elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülən, "ağıllı kənd və şəhərlər" salınan Qarabağ və Şərqi Zəngəzurda artıq iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Sözügedən hava limanlarının hər ikisinin açılışını Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan edib. Laçın Beynəlxalq Hava Limanının isə sürətli tikintisi həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini, mədəni irsimiz Heydər Əliyev Fondu tərəfindən uğurla bərpa olunur. Dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə  mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfər etmələri zamanı bu yerlərin getdikcə dəyişən simasına daha yaxından şahidlik edirik. 
Vətən müharibəsindən sonra dəfələrlə işğaldan azad edilən ərazilərə yollanan qurucu lider İlham Əliyev burada yüzlərlə yaşayış məntəqəsinin təməlini qoyub, yeni açılışlar edib, doğma yurdlarına dönən sakinləri öz evlərində ziyarət edib, qayıdış sevincini onlarla birgə yaşayıb. 
Təkcə bu il mayın 2-dən etibarən düz 10 gün ərzində Qarabağ və Şərqi Zəngəzur bölgəsini addım-addım gəzən Prezident İlham Əliyev Ağdamda, Cəbrayılda, Xocavənddə, Füzulidə, Qubadlıda, Zəngilanda, Laçında, Şuşada müxtəlif layihələrin, kəndlərin bünövrəsini qoydu, yeni açılışlar etdi, görülən işlərlə yerində tanış oldu. 
Dövlət başçısı mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümündə Şuşadan xalqa etdiyi müraciətində xüsusi vurğuladı ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə bu ərazilərin dirçəldiyini görüb. Bu gün yurd yerlərimizdə yeni yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində isə Azərbaycan xalqının maraqları dayanır.

 

Bu tarixi yurdlarımız da dirçəldilir

 

Ümumiyyətlə, Prezident ənənəsinə sadiq qalaraq bu il ərzində dəfələrlə Qarabağ və Şərqi Zəngəzura səfərlər edib, Kəlbəcərdə, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Ağdamda quruculuq işləri ilə yaxından tanış olub, açılışlar edib, yeni təməllər atıb. 
Böyük qayıdış proqramının uğurla icra edilməsi sayəsində artıq üç mindən çox keçmiş məcburi köçkün öz yurduna qayıdıb. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə sakinlərinin qaytarılması ilə uğurlu start verilən Böyük Qayıdışla Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə də  Laçın və Füzuli şəhərlərinə mərhələli şəkildə köç həyata keçirilib. 
İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 325 ailə (1245 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 71 ailə (291 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Bu günədək 3425 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.
2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq keçmiş məcburi köçkünün geri dönməsi nəzərdə tutulur.
İşğaldan azad edilən torpaqlarımızda aparılan mühüm bərpa-quruculuq işləri, həyata keçirilən qayıdış prosesləri dövlətimiz tərəfindən Böyük qayıdış proqramının uğurla icra edilməsinin parlaq göstəricisidir. 
Qalib lider İlham Əliyevin oktyabrın 15-də Qarabağda - Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə, Əsgəranda Azərbaycan bayrağını dalğalandırması isə onilliklərdir separatçıların "boz zona"ya çevirdiyi bu tarixi yurdlarımızın da yaşıllaşdırılacağının, dirçəldiləcəyinin qürurlu ismarışıdır.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!