22 Oktyabr 2024 08:45
339
İQTİSADİYYAT
A- A+
Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir

Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir


Azərbaycan yeni tarixinin daha bir möhtəşəm hadisəsi ərəfəsindədir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. İndiyə qədər ölkəmizdə keçirilən qlobal tədbirlərin təşkilatçılıq tarixi təcrübəsindən çıxış edərək əminliklə vurğulaya bilərik ki, Azərbaycan bu əlamətdar hadisənin təşkili səviyyəsi ilə də gələcək ev sahibləri üçün yeni standartlar, meyarlar formalaşdıracaq. 

Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin bununla bağlı yekdil qərarı ölkəmizə olan böyük hörmət və etimadın, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün tarixinin ən qüdrətli mərhələsinə çatmış respublikamızın uğurlarına münasibətin, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizə verilən yüksək qiymətin ifadəsidir. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi olacaq.


Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə də fərqlənir 


Dövlətimizin bu sahədə töhfələrini bir sıra istiqamət üzrə təsnifatlandırmaq olar. Azərbaycan hökuməti iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması üzrə bir sıra mühüm sənədlər qəbul edib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Vətən müharibəsindəki şanlı qələbəmiz sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet elan olunmaqla həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

"Yaşıl enerji"nin istehsalı və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir və bu səbəbdən Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Tarixən neft və qaz istehsal edən ölkə olmuş Azərbaycan hazırda bərpaolunan enerji mənbələrinə davamlı investisiya yatırır. 2020-ci ildə qəbul edilən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Proqramı külək, günəş və hidroenerji mənbələrinin genişlənməsini təşviq edir.

Azərbaycan hökuməti meşələrin bərpası və yeni meşə sahələrinin yaradılması ilə ətraf mühitin qorunmasına dair tədbirlər həyata keçirir. Meşə sahələrinin genişləndirilməsi iqlim dəyişikliyi ilə mübarizədə karbonudma qabiliyyətini artırır. Su resurslarının idarə edilməsi və suyun səmərəli istifadəsi də ölkə daxilində ətraf mühitin qorunması üçün vacib sahələrdən biridir. Azərbaycan su resurslarının davamlı istifadəsi və çirklənməsinin qarşısının alınması üzrə tədbirlər görür.

Ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə işinə regional səviyyədə töhfələri də  böyükdür. Azərbaycan Xəzər dənizi hövzəsində yerləşən digər ölkələrlə birgə dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya uyğun birgə layihələr həyata keçirir. Azərbaycan ekosistemlərin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra qonşu Qafqaz ölkələri ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq regional ekoloji problemlərin həllinə kömək göstərir və birgə dayanıqlı inkişaf layihələrinin həyata keçirilməsini təşviq edir.

Məlum olduğu kimi, Azərbaycan 2016-cı ildə Paris İqlim Sazişini ratifikasiya edərək bu çərçivədə iqlim dəyişikliyi ilə mübarizə və qlobal istiləşməni 2°C-dən aşağı saxlamaq üçün üzərinə öhdəliklər götürmüşdür. Karbon emissiyalarını azaltmaq üçün milli fəaliyyət sənədlərinə uyğun olaraq bu sahədə beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİA) uyğun olaraq ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səyləri də dəstəkləyir. Xüsusən 13-cü məqsəd olan "İqlim dəyişikliklərinə qarşı təcili tədbirlər" sahəsində öz milli strategiyalarını və beynəlxalq əməkdaşlığını genişləndirən Azərbaycan bu problemə həsr olunmuş beynəlxalq tədbirlərdə, qlobal səviyyədə ekoloji problemlərin müzakirəsində fəal rol oynayır. Bu tədbirlər çərçivəsində qlobal iqlim siyasətinin formalaşmasına və yeni öhdəliklərin qəbul edilməsinə öz töhfələrini verir. 

Ölkəmiz BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir, qlobal ekoloji layihələrə qatılır və ətraf mühitin qorunmasına dair təşəbbüslərin icrası üçün səylərini əsirgəmir. Azərbaycanın milli, regional və qlobal səviyyələrdə ətraf mühitin qorunmasına yönələn bu addımları ölkənin iqlim dəyişikliyi ilə mübarizədə mühüm iştirakçı olmasına və beynəlxalq əməkdaşlıqda vacib rol oynamasına şərait yaradır.


Bəşəriyyətin bu günü və gələcəyi üçün mühüm platforma


Bütün bunların davamı kimi Azərbaycanın bu il COP29-a evsahibliyi etməsi iqlim dəyişikliyinə mübarizə işində ölkəmizin milli, regional və qlobal səviyyədə tarixi rolunu daha da gücləndirəcək. Məlum olduğu kimi, iqlim dəyişikliyi mövzusuna həsr edilən COP tədbirləri dünya üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu tədbirlər, BMT-nin 1994-cü ildə qüvvəyə minmiş İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) iştirakçı ölkələri arasında keçirilir və bu sahədə qlobal səyləri bir araya gətirir.

İlk növbədə qlobal iqlim siyasətinin formalaşmasına töhfə verən COP tədbirləri ölkələrin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə öhdəliklər götürməsi və strategiyalar müəyyən etməsi üçün bir platforma yaradır. Burada ölkələr karbon emissiyalarını azaltmaq və qlobal istiləşmə ilə mübarizə üçün konkret addımlar atırlar. Məsələn, Paris Sazişi 2015-ci ildə keçirilən COP21 zamanı qəbul edilmişdir.

COP tədbirləri elmi tədqiqatları və məlumatları siyasətçilərin qərarlarına təsir edəcək şəkildə təqdimetmə imkanı da yaradır. Bu, iqlim dəyişikliyi mövzusunda qlobal səviyyədə daha dəqiq və təsirli qərarlar qəbul olunmasına kömək edir. 

İnkişaf etməkdə olan ölkələrin dəstəklənməsində də COP tədbirlərinin rolu çox böyükdür. Tədbirlər çərçivəsində zəngin və sənayeləşmiş ölkələr inkişaf etməkdə olan ölkələrə texnologiya və maliyyə yardımı ilə bağlı üzərlərinə müəyyən öhdəliklər götürürlər ki, bu da onların iqlim dəyişikliyinə qarşı adaptasiya olmalarına və dayanıqlı inkişaf strategiyalarını tətbiq etmələrinə yardım göstərir.

COP dünya ölkələrinin qlobal iqlim böhranı qarşısında bir-biri ilə əməkdaşlıq etməsinə, kollektiv səylərin gücləndirilməsinə meydan açır. Bəşəriyyətin gələcəyinə görə məsuliyyət hissi keçirən hər kəsə məlumdur ki, ətraf mühit və dayanıqlı inkişaf problemləri yalnız milli səviyyədə həll edilə bilməz, buna görə də qlobal səviyyədə əməkdaşlıq həyati əhəmiyyət daşıyır. 


COP29-un Azərbaycana faydaları


COP ona evsahibliyi edən ölkələrə çəkilən zəhmət qarşılığında  böyük üstünlüklər qazandırır. Bu baxımdan belə bir qlobal miqyaslı tədbirə evsahibliyi etmək iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edəcək. COP29-un ən mühüm faydalarından biri də Azərbaycanın beynəlxalq səviyyədə daha yaxşı tanınaraq mövqeyinin güclənməsi olacaq. COP dünya ölkələrinin, beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının geniş iştirakı ilə keçirilir. Azərbaycan bu tədbirə evsahibliyi etməklə qlobal iqlim müzakirələrində önəmli bir oyunçu kimi özünü uğurla təqdim edərək mövqeyini beynəlxalq səviyyədə daha da gücləndirəcək. Bunlardan savayı, məlumdur ki, belə bir böyük tədbir zamanı çox sayda dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu da ölkənin diplomatik əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün yeni fürsətlər yaradacaq.

COP29 tədbirinə evsahibliyi etməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində öz milli strategiyalarını və siyasətlərini yenidən nəzərdən keçirməsi və təkmilləşdirməsi üçün də yeni bir imkandır. Bu tədbir həmçinin bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji təşəbbüslərin artırılması sahəsində ölkənin fəaliyyətini stimullaşdıracaq. Eyni zamanda COP29 Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə sahəsində üzərinə götürdüyü öhdəlikləri daha effektiv şəkildə yerinə yetirmək üçün beynəlxalq dəstək və təcrübə qazandıracaq. Ev sahibi statusu bu öhdəliklərin icrasını sürətləndirəcək və ölkənin qlobal iqlim hədəflərinə çatmasına kömək göstərəcək. 

İnvestisiya və infrastruktur inkişafı baxımından da COP-un faydaları  çoxdur. COP bərpaolunan enerji, ekoloji infrastruktur və dayanıqlı inkişaf layihələrinə beynəlxalq investorların diqqətini cəlb edir. Bu, Azərbaycanda "yaşıl texnologiya"ların tətbiqini və dayanıqlı iqtisadiyyatın inkişafını sürətləndirəcək. Belə böyük tədbirə evsahibliyi Azərbaycanda infrastrukturun daha da modernləşdirilməsinə, logistika və turizm sektoruna da mühüm töhfələr verəcək. Bu isə uzunmüddətli perspektivdə ölkənin infrastrukturunun daha da təkmilləşdirilməsinə şərait yaradacaq, qlobal miqyasda turistlərin diqqətini çəkməyə kömək edəcək.

COP tədbirləri zamanı inkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizə sahəsində texnologiya və innovasiyaları paylaşırlar. Azərbaycan bu tədbirdə ev sahibi kimi həmin yeni texnologiyalardan faydalanacaq və iqlim dəyişikliklərinə adaptasiya üçün yeni həll yolları tətbiq edəcək. Bu tədbir Azərbaycanın ali təhsil müəssisələri və tədqiqat mərkəzlərinin beynəlxalq iqlim tədqiqatlarına daha geniş çıxışını təmin edəcək ki, nəticədə yeni əlaqələr qurulacaq və tədqiqatlar aparılacaq.

COP29 zamanı minlərlə xarici qonaq və iştirakçı Azərbaycana səfər edəcək. Bu isə ölkəmizin turizm potensialını daha da genişləndirəcək, Azərbaycanın mədəni irsinin qlobal auditoriyaya tanıdılmasına töhfə verəcək, ölkə iqtisadiyyatına turizm gəlirlərini artırmaqda dəstək olacaq. Tədbirdə iştirak üçün Azərbaycana gələn qonaqlar ölkəmizin zəngin mədəniyyəti, tarixi və qonaqpərvərliyi ilə tanış ola biləcək və bu, milli mədəniyyətimizi qlobal səviyyədə nümayiş etdirmək üçün daha bir əhəmiyyətli fürsətə çevriləcək. 

İctimaiyyətin iqlim məsələlərinə daha çox cəlb olunması, ölkə daxilində iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələlərinə dair ictimai şüurun və maarifləndirmənin artması baxımından da COP çox mühüm tədbirdir. Nəticə etibarilə COP29 tədbirinə evsahibliyi Azərbaycana həm ekoloji, həm iqtisadi, həm də diplomatik sahələrdə geniş imkanlar yaradacaq. Bu, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dayanıqlı inkişaf siyasətinə əlavə  təkan verəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!