Qurban Qurbanov: Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq
“Molde” güclü komandadır. Meydanda boşluq buraxmağı sevmirlər. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda Norveçin “Molde” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin kifayət qədər intizamlı çıxış etdiyini bildirib: “Molde”nin oyunlarını izləmişik və nəyə qadir olduğunu bilirik. Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq. Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.
O, zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib: “Bu barədə oyun saatına kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünənə nisbətən fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşanın nurlu gecələri FOTO
04 Dekabr
ANAMA rəsmisi: Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir...
04 Dekabr
ANAMA-nın nümayəndəsi: Azad olunmuş ərazilərdə 148 min hektara yaxın sahə yüksək səviyyədə çirklənib...
04 Dekabr
Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb
04 Dekabr
Ombudsman: Ölkəmizdə 1991-ci ildən bu günədək 3416 nəfər minadan zərər çəkib
04 Dekabr
Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
04 Dekabr
Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb...
04 Dekabr
BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
04 Dekabr
COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub...
03 Dekabr
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək...
03 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!