25 Mart 2023 21:51
598
İDMAN
A- A+

Qurban Qurbanov: Dostluq və qardaşlıq oyununa hazırlaşırıq

 

Klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Hiss olunur ki, dostluq və qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşma olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin “Qalatasaray” klubu ilə Bakıda xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunmuş brifinqdə deyib.

Ən vacib amilin görüşün mahiyyəti olduğunu bildirən mütəxəssis deyib: “Bu oyun Türkiyədə baş vermiş zəlzələdən sonrakı vəziyyət üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın. Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbir diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın”.

“Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, daha əvvəllər “Qarabağ"da çıxış etmiş futbolçuları da heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizimlədir”, - deyə baş məşqçi sözlərinə əlavə edib.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video