31 Avqust 2022 01:11
842
SİYASƏT
A- A+
Qoşulmama Hərəkatı getdikcə güclənir

Qoşulmama Hərəkatı getdikcə güclənir

 

Azərbaycanın təşkilata uğurlu sədrliyi beynəlxalq səviyyədə təqdir edilir

 

"Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır. İndiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malikdir". Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib. Nazir qeyd edib ki, BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.
Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) heç bir hərbi bloka qoşulmayan 120 dövləti birləşdirir. BMT-dən sonra dünya ölkələrini bir araya gətirən ikinci böyük təşkilatdır. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edilir. Müvafiq regional qrupdan namizədliyi təqdim olunan dövlət təşkilatın sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə sədr seçilir. Sədr dövlət üçillik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına evsahibliyi edir. Ölkəmiz Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və 2019-cu ildən təşkilatın sədridir. 

 

Uğurlu sədrlik - qazanılan inam və etimad

 

Azərbaycan təşkilata çətin bir dövrdə - COVID-19 pandemiyasının dünyanı təsir altına aldığı, bütün sahələrdə tənəzzül yaşandığı bir vaxtda sədrlik etməyə başlayıb. Ancaq uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verib. Buna görə də Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələrin yekdil rəyi ilə daha bir il - 2023-cü ilin sonunadək uzadılıb. 
Qısa müddət ərzində Azərbaycan bu təsisatda böyük nüfuz və inam qazanıb. Belə ki, bu dövrdə Azərbaycan beynəlxalq arenada COVID-19-la mübarizədə fəal ölkələrdən biri idi və ölkəmiz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Beləliklə, 2020-ci ilin may ayında Zirvə toplantısı keçirildi. Bunun nəticəsində həmin ilin dekabr ayında COVID-19-la mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüs irəli sürüldü. İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlmədi, eyni zamanda ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Hərəkata üzv olduğumuz müddətdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək göstərilib. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətlərinin hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirir, heç bir bloka qoşulmadan xarici siyasət həyata keçirir.

 

Azərbaycanın təşəbbüsü ilə yaradılan şəbəkələr

 

Qoşulmama Hərəkatının 2018-ci il aprelin 5-də Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda nazirlər konfransı keçirilib.
2019-cu il oktyabrın 25-də Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü reallaşıb. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Bu il iyunun 30-da təşkilatın Parlament Şəbəkəsinin Bakı Konfransı, iyulun 25-dən 29-dək isə QH-yə üzv ölkələrdən olan gənclərin sammiti keçirilib. Tədbirdə hərəkata üzv olan 60-dan çox ölkənin gəncləri iştirak edib. 
Qeyd edək ki, Azərbaycanın sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılaraq onun ilk toplantısı keçirilib. Bununla yanaşı, hərəkatın Gənclər Şəbəkəsi qurulub. Gənclər Şəbəkəsinin formalaşdırılması bu təşkilatın mühüm təşəbbüslərindən biri kimi dəyərləndirilir.
Prezident İlham Əliyev də hərəkatın müxtəlif toplantılarında çıxışlarında təşkilatı yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edir ki, Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir: "Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik".
Prezident bildirir ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

 

Sülhü və təhlükəsizliyi özündə ehtiva edən təşkilat

 

Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir. Eyni zamanda qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Zaman göstərir ki, Qoşulmama Hərəkatının nüfuzu getdikcə daha da artır. Üzv dövlətlərin də etiraf etdiyi kimi, Azərbaycanın sədrliyi dövrü daha uğurlu olmaqla yanaşı, mühüm töhfələrlə nəticələnib. Təsisatda Azərbaycanın təşəbbüsü ilə yeni şəbəkələr yaranıb ki, bunlar da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir. 
Bir sözlə, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformadır. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!