29 Sentyabr 2026 19:37
85
CƏMİYYƏT
A- A+
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) 65 ölkədəki nümayəndəliyinin iştirakı ilə keçirilmiş səsvermənin nəticələrinə əsasən, QHGT-nin Nigeriya milli bölməsinin rəhbəri Məhəmməd Bello Bala Şaqari təşkilatın yeni sədri seçilib.

Bu barədə AZƏRTAC-a təşkilatdan məlumat verilib.

Xatırladaq ki, indiyə qədər QHGT-nin sədri vəzifəsini Azərbaycan nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin gənclər üzrə mükafatçısı, COP29-un gənclər üzrə çempionu Leyla Həsənova tuturdu.

Afrika qitəsində ən fəal gənclərdən biri olaraq tanınan Məhəmməd Bello Bala Şaqari ictimai fəaliyyəti ilə yanaşı, sənədli film rejissoru kimi çalışır. O, indiyədək QHGT-nin Afrika regionu üzrə sədr müavini və təşkilatın Nigeriyadakı milli bölməsinin rəhbəri olub.

Məhəmməd Bello Bala Şaqari daha əvvəl Nigeriya Milli Gənclər Şurasının prezidenti vəzifəsini də tutub. O, gənclərin inkişafı, vətəndaş maarifləndirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində müxtəlif təşəbbüslərə rəhbərlik edib. Çoxsaylı yerli və beynəlxalq mükafatlara layiq görülən Şaqari vətəndaş iştirakçılığı, Afrika birliyi və diplomatiya istiqamətlərində bir çox beynəlxalq tədbirlərdə təşkilatçı kimi iştirak edib. Yeni sədr Londonun Middlesex Universitetində Biznes İnformasiya Sistemləri və İnformasiya Texnologiyaları üzrə təhsil alıb.

Qeyd edək ki, QHGT sədrliyi uğrunda keçirilən seçkilərdə təşkilatın üzvü olan 5 ölkənin nümayəndəsi mübarizə aparıb və rəqabətli şəraitdə 4 mərhələdən ibarət keçirilən səsvermənin sonunda Nigeriya namizədi rəqiblərindən üstün olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

21:48
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

20:59
29 Sentyabr

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

19:48
29 Sentyabr

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

19:37
29 Sentyabr

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib  

18:59
29 Sentyabr

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

18:57
29 Sentyabr

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

18:48
29 Sentyabr

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

18:34
29 Sentyabr

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib  

18:09
29 Sentyabr

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

17:57
29 Sentyabr

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb  

17:44
29 Sentyabr

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

17:34
29 Sentyabr

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib  

17:11
29 Sentyabr

Ələt Azad İqtisadi Zonasına Malayziyadan investor marağı

17:08
29 Sentyabr

Torpağın sərhədlərini müəyyənləşdirmək artıq bir neçə kliklə mümkündür

17:04
29 Sentyabr

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir  

16:59
29 Sentyabr

Fabriklərdə işləyən robotların sayı rekord həddə çatıb  

16:53
29 Sentyabr

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb  

16:48
29 Sentyabr

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

16:38
29 Sentyabr

Sabah yağıntılar kəsiləcək

16:37
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!