01 İyun 2025 09:25
706
İQTİSADİYYAT
A- A+
Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq

Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq


BMT-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq.

2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850-1900-cü illərə nisbətən 1,2-1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də isti keçməsi ehtimalı 80 faizdir.

Proqnoza əsasən, beş illik orta temperaturun Paris İqlim Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini aşması ehtimalı 70 faizdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabatda 2024-2028-ci illər üçün bu ehtimal 47 faiz olaraq qiymətləndirilmişdi. Temperaturun hər əlavə hissəsi daha güclü istilik dalğalarına, ekstremal yağıntılara, kəskin quraqlıqlara, buzlaqların əriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.

Proqnozlara görə, qarşıdakı beş genişlənmiş qış mövsümü ərzində (noyabrdan marta qədər) Arktikada istiləşmə qlobal orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək. 2025-2029-cu illərin mart ayları üçün dəniz buzlarının vəziyyəti ilə bağlı proqnozlar Barens, Berinq və Oxot dənizlərində buz konsentrasiyasının daha da azalacağını göstərir. Biz artıq müşahidə tarixində ən isti on ili yaşamışıq.

ÜMT-nin hesabatına görə, təəssüf ki, yaxın illərdə hər hansı bir fasilə gözlənilmir. "Biz artıq müşahidə tarixində ən isti on ili arxada qoymuşuq. Təəssüf ki, ÜMT-nin hesabatına əsasən, yaxın illərdə bu prosesdə bir yavaşlama olmayacaq və bu da iqtisadiyyatımıza, gündəlik həyatımıza, ekosistemlərə və planetimizə mənfi təsirlərin artacağı anlamına gəlir", - deyə ÜMT-nin Baş katibinin müavini Ko Barret bildirib.

"İqlimin fasiləsiz monitorinqi və proqnozlaşdırılması qərar qəbul edənlərə uyğunlaşma prosesində yardımçı olacaq elmi əsaslı alətlər və məlumatlar təqdim etmək üçün vacibdir", - deyə o qeyd edib.

Paris İqlim Sazişində 1,5 dərəcə Selsi (və maksimum 2 dərəcə Selsi) istiləşmə həddi qeyd olunub. Bu hədd uzunmüddətli istiləşməyə, yəni adətən 20 il ərzində müşahidə olunan qlobal temperatur göstəricilərinə əsaslanır. Belə səviyyələrin müvəqqəti aşılmasının isə getdikcə daha tez-tez baş verəcəyi gözlənilir.

Son proqnozlara görə, 2015-2034-cü illər arası 20 illik dövr üçün orta istiləşmə 1,44 dərəcə Selsi təşkil edəcək. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP-30 konfransı Braziliyanın Belen şəhərində keçiriləcək və burada ölkələrin "milli səviyyədə müəyyən edilmiş töhfələr" adı ilə tanınan iqlim fəaliyyət planlarının yenilənmiş versiyaları nəzərdən keçiriləcək. Bu planlar Paris Sazişinin məqsədlərinə çatmaq üçün həlledici əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!