04 Oktyabr 2024 16:09
1134
İQTİSADİYYAT
A- A+
Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Daş salnamə muzeyində Qlobal Metanın Azaldılmasının İnkişafı (AGMR) təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, bp, Petronas kimi beynəlxalq neft-qaz şirkətlərinin, “Baker Hughes”, “SLB” və digər xidmət təchizatçılarının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun, London İmperial Kollecinin, habelə “Clean Air Task Force”, “Metan Rəhbər Prinsipləri” (MGP), “Neft və Qaz İqlim Təşəbbüsü” (OGCI), “GHGSat”, “SeekOps” kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Paris Sazişi”nin müddəalarının icrası, metan emissiyalarının azaldılmasının əhəmiyyəti, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, icra olunan dekarbonizasiya layihələri haqqında iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində icra olunan AGMR təşəbbüsünün neft-qaz sektorunda metan emissiyalarının azaldılmasını təşviq etdiyi vurğulanıb.

Daha sonra konfrans “Metan elmi araşdırmaları”, “AGMR təşəbbüsünün fəaliyyətində irəliləyişlər, çağırışlar və növbəti addımlar”, “Emissiyaların ölçülməsi, uyğunlaşma tədbirləri və onların azaldılmasında texnologiyanın rolu” mövzularında panel sessiyaları ilə davam etdirilib. Sessiyalar zamanı AGMR təşəbbüsünün icrası zamanı əldə olunan nəticələr, emissiyaların azaldılmasına dair müsbət göstəricilər, icra olunmuş layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Tədbirə qatılan beynəlxalq təşkilatların və nüfuzlu elm xadimlərinin təqdimatları zamanı müxtəlif sektorlarda metan emissiyalarının illər üzrə dəyişmə dinamikası, istixana qazlarının azaldılması sahəsində innovativ texnoloji yeniliklər, peyk monitorinqləri, emissiyalara dair şəffaf hesabatlıq sisteminin yaradılması, həmçinin bu sahədə rəqəmsal alətlərin tətbiqinə dair ətraflı məlumat verilib.

Qeyd edək ki, SOCAR bp şirkəti ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi MGP çərçivəsində AGMR təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiq edilməsini dəstəkləməkdən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!