17 May 2025 15:27
1658
Elm və texnika
A- A+
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşəbbüsü, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Qlobal İnnovasiya İndeksində (Qİİ) Azərbaycan üzrə göstəricilərin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qİİ-in yaradıcı komandası ilə müxtəlif formatlarda birbaşa təmasların qurulması, müzakirələrin aparılması təşəbbüsü hələ 2019-cu ildə ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 59-cu sessiyası çərçivəsində bu beynəlxalq qurumun İqtisadiyyat və statistika bölməsinin nümayəndəsi ilə keçirilən görüşdə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri tərəfindən irəli sürülüb. Həmin vaxtdan Qİİ-nin yaradıcı komandası ilə Azərbaycanın ayrı-ayrı dövlət qurumları arasında birbaşa əlaqələrin yaradılmasında Agentlik körpü rolunu oynayır.

Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə ÜƏMT mütəxəssisləri, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun nəzdində yaradılmış işçi qruplarının nümayəndələrinin iştirak etdikləri ilk belə görüş 2022-ci ilin dekabrın 16-da keçirilib. Görüşdə aparılmış müzakirələrin nəticəsi olaraq Qlobal İnnovasiya İndeksinin 2023 və 2024-cü illər üzrə hesabatlarında Azərbaycana dair göstəricilərdə əvvəllər müşahidə olunan qeyri-dəqiq məlumatların sayı minimuma endirilib. İndi məlumatlar əsasən ilk mənbələrdən götürülür və birbaşa təmaslar müxtəlif formatlarda uğurla davam etdirilir.

Növbəti videokonfransda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovun, Regional və Milli İnkişaf sektorunun Keçid və İnkişaf Etmiş Ölkələr departamentinin direktoru Habip Asanın və ÜƏMT-nin İqtisadiyyat və Statistika şöbəsinin müdiri Saşa Vunş-Vincentin məruzələri dinlənilib.

Məruzəçilər son illərdə Qlobal İnnovasiya İndeksi hesabatlarında Azərbaycana dair göstəricilərin bir sıra ölkələrlə müqayisədə xeyli yaxşılaşdığını və bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini bildiriblər. Qeyd ediblər ki, hesabatlarda Azərbaycana dair göstəricilərin mütəmadi olaraq təhlil edilməsi, bəzi sahələrə aid məlumat boşluqlarının müəyyənləşdirilməsi və Qİİ-in yaradıcı heyəti ilə birbaşa əlaqələrin genişləndirilməsi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin daha da gücləndirilməsinə töhfə verə bilər.

Videokonfransda Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli çıxış edib. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun salamlarını tədbir iştirakçılarına çatdıran X.Həsənli Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılmış “Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi qrupu”nun gördüyü işlər barədə danışıb. Qeyd edib ki, xüsusi işçi qrupunun yaradılmasının məqsədi əqli mülkiyyətlə əlaqəli sahələr barədə məlumatlılığın artırılmasına dəstək göstərmək və bu sahədə Komissiyanın digər işçi qrupları arasında koordinasiyanı təşkil etməkdir. O, keçən il sentyabrın 30-da Komissiyanın işçi qruplarının nümayəndələrinin iştirakı ilə geniş iclas keçirildiyini, iclasda Agentliyinin İdarə Heyətinin sədri, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş təqdimat etdiyini bildirib.

Agentliyin aparat rəhbəri “Qlobal İnnovasiya İndeksi-2024” hesabatında Bilik və texnologiyaların yayılması blokunda ölkəmiz üzrə yüksək yerləri əqli mülkiyyət sahəsində göstəricilərin tutduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, patentlər üzrə Azərbaycanın mövqeyi 2023-cü illə müqayisədə 13 pillə yaxşılaşıb, 50-ci yerdədir və reytinqdə bu göstərici üzrə Cənubi Qafqazın digər ölkələrindən irəlidədir. PCT patent müraciətləri üzrə ölkəmizin göstəricisi 2023-cü illə müqayisədə 15 pillə yaxşılaşıb, 72-ci yerdədir. Faydalı modellər üzrə göstəricilər isə 49-cu yerdədir. Yaradıcı fəaliyyətin nəticələri blokunda qeyri-maddi aktivlər bölməsində əmtəə nişanları üzrə 49-cu yerdəyik. Bu, 2023-cü illə müqayisədə 17 pillə irəliləyiş deməkdir.

X.Həsənli Qlobal İnnovasiya İndeksi mövzusunda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə Agentlik tərəfindən hazırlanmış kitablar barədə də konfrans iştirakçılarına məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!