14 Oktyabr 2026 17:52
189
SİYASƏT
A- A+
Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

Azərbaycanda məktəbli forması və təhsil müəssisələrində mövcud qaydaların tətbiqi ətrafında yaranan müzakirələrə münasibət bildirən zaman məsələyə emosional deyil, hüquqi və prinsipial yanaşmaq lazımdır. Burada əsas məqsəd kiminsə dini etiqadına müdaxilə etmək deyil, məktəblərdə tədris prosesinin normal təşkilini, nizam-intizamı və bütün şagirdlər üçün vahid təhsil mühitini təmin etməkdir. Məktəbli forması ilə bağlı Nazirlər Kabinetinin qərarının icrası da məhz bu çərçivədə dəyərləndirilməlidir.

Azərbaycan dünyəvi dövlətdir və bu prinsip dinin cəmiyyətdən kənarlaşdırılması anlamına gəlmir. Dünyəvilik dövlətin bütün vətəndaşlara bərabər münasibət göstərməsi, dini etiqad azadlığını tanıması və idarəetməni qanunlar əsasında həyata keçirməsidir. İnsanların baş örtüyündən istifadə etməsi ilə bağlı ümumi qadağanın mövcudluğundan danışmaq düzgün olmaz. Bununla belə, fərdi dini azadlıqlarla təhsil müəssisələrində qüvvədə olan qaydaları bir-birindən fərqləndirmək lazımdır.


Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.


O qeyd edib ki, məktəbin dünyəvi təhsil funksiyasının qorunması da xüsusi əhəmiyyət daşıyır. Məktəb uşaqlara yalnız fənləri öyrətmir, həm də onların dünyagörüşünü, vətəndaşlıq mövqeyini və cəmiyyətə münasibətini formalaşdırır. Buna görə də təhsil müəssisələrinin dini-siyasi mübahisələrin və ideoloji təsirlərin meydanına çevrilməsi yolverilməzdir. Məktəbin əsas vəzifəsi uşaqlara elmi bilik vermək, onlarda müstəqil düşüncə, hüquqa hörmət və vətənpərvərlik hissi formalaşdırmaqdır.

Deputat hesab edir ki, milli-mənəvi dəyərlərin, Azərbaycan ailə modelinin və milli kimliyin qorunması da bu prosesin mühüm tərkib hissəsidir. Dünyəviliklə milli dəyərləri bir-birinə qarşı qoymaq düzgün yanaşma deyil. Azərbaycan cəmiyyətinin inkişafı üçün həm milli köklərə bağlılıq, həm də müasir dünyəvi düşüncə vacibdir. Əsas məsələ uşaqların sağlam ailə mühitində, milli-mənəvi dəyərlərə hörmət ruhunda və eyni zamanda, fərqli inanclara dözümlü yanaşan vətəndaşlar kimi yetişməsidir.

“Məni xüsusilə narahat edən məsələlərdən biri uşaqların müxtəlif ideoloji məqsədlər üçün istifadə olunması ehtimalıdır. Əgər azyaşlılara dini motivlər altında radikal fikirlər aşılanır, onlar siyasi qarşıdurmalara cəlb edilir, nifrət və zorakılıq düşüncəsi ilə yönləndirilirlərsə, bu, ciddi araşdırılmalıdır. Burada dini simvolların özünü təhlükə kimi təqdim etmək olmaz. Təhlükə həmin simvollardan istifadə etməklə uşaqların manipulyasiya olunması, onların yaşına və psixoloji inkişafına uyğun olmayan ideyaların təsiri altına salınmasıdır. Məktəb dini eksperimentlərin və ideoloji sınaqların aparıldığı yer deyil”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

O deyib ki, son hadisələrin mümkün xarici təsirlərlə əlaqəsi məsələsinə də diqqətlə yanaşılmalıdır. Əgər proseslərin kənardan koordinasiya edilməsi, müəyyən qüvvələr tərəfindən körüklənməsi və ya dini-siyasi məqsədlərlə istiqamətləndirilməsi barədə məlumatlar varsa, aidiyyəti qurumlar konkret faktlar əsasında addımlar atmalıdır. Bununla yanaşı, Azərbaycanın daxili işlərinə mümkün müdaxilələrin və təhsil sisteminin xarici ideoloji təsirlərin alətinə çevrilməsinin qarşısının alınması milli təhlükəsizlik baxımından vacibdir.


Məktəb sağlam vətəndaş mövqeyinin formalaşdığı məkan olaraq qalmalıdır


“Məktəb mühitində aqressiya, təhdid, zorakılıq və qanun pozuntularına qarşı da prinsipial mövqe nümayiş etdirilməlidir. Heç bir dini və ya siyasi mövqe qanunları pozmağa, başqalarına təzyiq göstərməyə və tədris prosesinə mane olmağa əsas vermir. Ölkəmizdə görülən tədbirlər hüquqi çərçivədədir, uşaqların hüquqları qorunur və heç kim dini mənsubiyyətinə görə damğalanmır.

Düşünürəm ki, bu məsələdə dövlət qurumlarının, məktəb rəhbərliklərinin və valideynlərin üzərinə mühüm məsuliyyət düşür. Uşaqların hansı məlumatlarla qarşılaşdığına, onların dünyagörüşünə hansı təsirlərin göstərildiyinə diqqət yetirilməli, ailə ilə məktəb arasında əməkdaşlıq gücləndirilməlidir. Problemin həlli qarşıdurma yaratmaqda deyil, hüquqi maarifləndirmədə, sağlam tərbiyə mühitinin formalaşdırılmasında və qanunların hamı üçün eyni qaydada tətbiqindədir.

Əsas prinsip ondan ibarətdir ki, Azərbaycanın məktəbləri dini və siyasi qarşıdurmaların deyil, təhsilin, milli-mənəvi tərbiyənin və sağlam vətəndaş mövqeyinin formalaşdığı məkan olaraq qalmalıdır. Milli dəyərlərin qorunması, dünyəvi təhsilin möhkəmləndirilməsi və uşaqların radikal təsirlərdən müdafiəsi bir-birini tamamlayan və ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan istiqamətlərdir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

Uzaq coğrafiyaları birləşdirən yaxın maraqlar  

16:41
14 Oktyabr

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub  

16:39
14 Oktyabr

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

16:37
14 Oktyabr

Uşaqlarımızın savadlı, vətənpərvər, milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi qarşıda duran mühüm vəzifələrdəndir  

16:27
14 Oktyabr

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

16:24
14 Oktyabr

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

16:21
14 Oktyabr

11 ədəd Starlink peyk antenası yandırılıb

16:06
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!