14 Oktyabr 2026 16:24
168
İQTİSADİYYAT
A- A+
Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  


Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən 2026-cı ilin ilk yarımilliyinə dair kollegiya iclasında nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiyanın sədri enerji səmərəliliyinin ölkənin strateji prioritetlərindən biri olduğunu vurğulayaraq bu sahədə görülən işlərə diqqət çəkib. Nazir qeyd edib ki, Azərbaycanda enerji səmərəliliyinə özəl investisiyaların cəlb edilməsi üçün ESCO mexanizminin tətbiqi, yeni tikilən binalarda enerji səmərəliliyi amilinin nəzərə alınması və beynəlxalq təcrübədən istifadə bu istiqamətdə daha uğurlu nəticələrin əldə olunmasına töhfə verir.

İclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn tapşırıqların icrasına dair hesabat təqdim olunub. Bildirilib ki, binalarda enerji effektivliyi üzrə pasportlaşdırmanın hüquqi əsasları formalaşdırılıb, pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması isə yekunlaşmaq üzrədir. Platforma binaların enerji effektivliyi göstəriciləri barədə vahid məlumat bazasının yaradılmasına, pasportlaşdırma prosesinin operativliyinin artırılmasına imkan verəcək.

Bununla yanaşı, ölkədə enerji idarəçiləri institutunun genişləndiyi qeyd olunub. Belə ki, artıq ölkə üzrə 115 enerji meneceri təyin edilib və bu sahədə peşəkar baza formalaşmaqdadır. Həmçinin vurğulanıb ki, enerji səmərəliliyi mövzusunda geniş miqyaslı maarifləndirmə kampaniyası aparılır, müvafiq məzmunlar həm sosial şəbəkələr, həm də digər vasitələrlə bir milyondan çox vətəndaşa çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.

Gündəliyə uyğun olaraq energetika naziri cari ilin ilk altı ayı ərzində regionlarda keçirilən vətəndaş qəbulları barədə məlumat verib. Bildirilib ki, daxil olmuş 100-dən çox müraciətə baxılması tam yekunlaşdırılıb - vətəndaşların müraciətləri həll edilib və ya onlara müvafiq izahatlar verilib.

İclasda, həmçinin nazirlik qarşısında qoyulmuş tapşırıqların icra vəziyyəti barədə məlumat təqdim edilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

Uzaq coğrafiyaları birləşdirən yaxın maraqlar  

16:41
14 Oktyabr

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub  

16:39
14 Oktyabr

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

16:37
14 Oktyabr

Uşaqlarımızın savadlı, vətənpərvər, milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi qarşıda duran mühüm vəzifələrdəndir  

16:27
14 Oktyabr

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

16:24
14 Oktyabr

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

16:21
14 Oktyabr

11 ədəd Starlink peyk antenası yandırılıb

16:06
14 Oktyabr

İpəyə bürünən milli yaddaş: Bakıda kəlağayı bayramı  

16:01
14 Oktyabr

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

Çoxtərəfli diplomatiyada aparıcı rol  

15:44
14 Oktyabr

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

15:41
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:29
14 Oktyabr

Azərbaycan–Laos münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələyə keçir  

15:21
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:15
14 Oktyabr

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

15:13
14 Oktyabr

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

15:12
14 Oktyabr

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

15:09
14 Oktyabr

Xəzərin suyu içməli olacaq  

15:07
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!