14 Oktyabr 2026 15:09
530
İQTİSADİYYAT
A- A+
Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  


Külək Xəzərdə təkcə dalğaları deyil, Azərbaycanın “yaşıl enerji” gələcəyini də hərəkətə gətirir. Dənizdə külək enerjisinin nəhəng potensialı, Türkiyə ilə əməkdaşlıq imkanları və artan bərpaolunan enerji istehsalı ölkənin enerji mənzərəsində yeni üfüqlər açır.

Oktyabrın 13–14-də İstanbulda keçirilən “Offshore Wind Türkiye 2026” tədbirində Azərbaycanın Xəzər dənizindəki külək enerjisi imkanları və bu sahədə Türkiyə ilə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi Cəbrayıl Əliyev Azərbaycanın dənizdə külək enerjisi potensialı, inkişaf yol xəritəsi və gələcək planları barədə məlumat verib.

Rəqəmlər isə ümidvericidir: Xəzərin Azərbaycan sektorunda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt qiymətləndirilir. Bu resursun reallaşdırılması investisiyalar, müasir infrastruktur və regional yaşıl enerji dəhlizləri üçün geniş imkanlar yarada bilər.

“Yaşıl enerji” artıq yalnız gələcəyin vədi deyil, bugünün istehsal göstəricilərində də özünü göstərir. 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda külək elektrik stansiyalarında 768,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bərpaolunan mənbələr üzrə ümumi istehsal isə su elektrik stansiyaları da daxil olmaqla 4 milyard 230,9 milyon kilovat-saata çatıb.

Türkiyə ilə texniki təcrübə mübadiləsi və birgə layihələr bu potensialın daha səmərəli istifadəsinə yol aça bilər. Xəzərin küləyini enerjiyə, enerjini isə dayanıqlı inkişafa çevirmək — Azərbaycanın “yaşıl gələcəy”ə doğru atdığı addımların əsas istiqamətlərindən biridir.

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan XİN rəhbəri: TRIPP vasitəsilə silah və sursat daşına bilməz  

19:24
04 Noyabr

Yaponiyada V əsrə aid şaman heykəlciyi aşkar edilib

19:16
04 Noyabr

Artıq çəki beynin qocalmasını sürətləndirə bilər

19:03
04 Noyabr

“Şəfəq” GES-də tikinti yarıdan çox yol qət edib: 444 yerli sakin çalışır

18:53
04 Noyabr

Tovuzda müəllimlər arasında Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib

18:41
04 Noyabr

“OpenAI” daxili təhlükəsizlik boşluqları barədə xəbərdarlıq edirmiş  

18:31
04 Noyabr

Hər gün avokado və manqo yemək ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır  

18:23
04 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

18:14
04 Noyabr

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

18:13
04 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:12
04 Noyabr

Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi 90 faiz tamamlanıb  

18:12
04 Noyabr

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib  

18:11
04 Noyabr

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir  

18:10
04 Noyabr

 İspaniyanın nəqliyyat naziri qatar qəzasına görə istefa verdi

18:08
04 Noyabr

FTB seçkilərdə 20 min saxta bülletenin müsadirə olunmasını təkzib edib  

18:06
04 Noyabr

AÇG-dən 4,7 milyard barel neft hasil edilib

18:01
04 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyası üstünlük qazanıb  

17:58
04 Noyabr

Dollar zəifləyir

17:52
04 Noyabr

Dinozavr sümüyündə fosilləşmiş qırmızı qan hüceyrələri aşkarlanıb

17:41
04 Noyabr

Quba Soyqrımı Memorial Kompleksinin yeni layihəsi  

17:36
04 Noyabr

Neftçalada Zəfər Gününə həsr olunan cüdo üzrə region turniri keçirilib  

17:34
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!