04 Noyabr 2026 17:58
167
DÜNYA
A- A+
ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyası üstünlük qazanıb  

ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyası üstünlük qazanıb  


ABŞ-də keçirilən Konqresə aralıq seçkiləri ölkənin siyasi xəritəsini kökündən dəyişdirən tarixi bir hadisəyə çevrildi. Bir neçə aydır davam edən seçki kampaniyası, rekord sayda erkən səsvermə və seçicilərin yüksək fəallığı ilə yekunlaşan bu səsvermə ölkənin siyasi həyatında yeni reallıqlar formalaşdırdı. 

İlk nəticələrə görə, Demokrat Partiyası Senatda üstünlüyü ələ alıblar. Senatda çoxluğu təmin etmək üçün tələb olunan minimal hədd 51 mandatdır. Demokratlar 54 yerə qədər irəliləməyə nail olublar. Respublikaçıların ən güclü olduğu Texas ştatında Demokrat namizəd Ceyms Talariko qalib gəlib və 1988-ci ildən bəri ilk dəfə bu ştatda Senat yerini öz partiyasına qazandırıb. Texasdakı bu tarixi səsvermə seçki kampaniyasının ən baha başa gələn mübarizələrindən birinə çevrilib.   

Anadolu Agentliyinin məlumatına görə, Demokratlar Senatda Şimali Karolina, Cənubi Karolina, Ohayo, Kanzas və Ayova ştatları üzrə Respublikaçılardan üstün olublar. Nümayəndələr Palatası üçün gedən mübarizədə isə Demokratlar 173, Respublikaçılar 106 yer qazanıblar. 435 nəfərlik Nümayəndələr Palatasında səsvermənin ilkin nəticələrinə görə hesablama davam edir. Demokratların Nümayəndələr Palatasındakı rəhbəri Həkim Ceffris, Aleksandriya Okasio-Kortez və fələstinəsilli Konqres üzvü Rəşidə Tlaib yenidən seçilməyi bacarıblar. Həkim Ceffrisin bu qələbədən sonra Nümayəndələr Palatasının ilk qaradərili spikeri olacağı gözlənilir. Corciya ştatında Demokrat Keyşa Lans Botts qubernator seçilərək (səslərin 54 faizdən çoxunu toplayaraq) həm ştatın, həm də ABŞ tarixinin ilk qaradərili qadın qubernatoru olub və ştatın idarəçiliyi 24 ildən sonra Demokratlara keçib. Texasda qubernator seçimini də Demokrat namizəd Cina Hinojosa qazanıb. O, uzun illər ştata rəhbərlik edən Respublikaçı Qreq Əbbotta qalib gəlib.

ABŞ Prezidenti Donald Tramp nəticələri qəbul etməyə və Demokratlarla birlikdə işləməyə hazır olduğunu deyib. D.Tramp sosial şəbəkədə yazdığı mesajda öz adının seçki bülletenində olmadığını, əgər olsaydı böyük fərqlə qalib gələcəklərini bildirib və Texasda uduzan Respublikaçı qubernator Qreq Əbbottu tənqid edib.

Bu seçki nəticələri ABŞ-nin siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Xüsusilə də ənənəvi olaraq Respublikaçıların üstün olduğu ştatlarda Demokratların qalib gəlmələri partiya balansı üçün mühüm dönüş nöqtəsidir. Konqresin hər iki palatasında və qubernatorluq səviyyəsində qazanılan üstünlük Demokratlara qanunvericilik proseslərinə daha fəal təsir etmək imkanı yaradacaq. Ağ Evlə Konqres arasında formalaşan bu yeni güc nisbəti ölkənin daxili və xarici siyasətində yeni mərhələnin başlamasından xəbər verir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“OpenAI” daxili təhlükəsizlik boşluqları barədə xəbərdarlıq edirmiş  

18:31
04 Noyabr

Hər gün avokado və manqo yemək ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır  

18:23
04 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

18:14
04 Noyabr

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

18:13
04 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:12
04 Noyabr

Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi 90 faiz tamamlanıb  

18:12
04 Noyabr

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib  

18:11
04 Noyabr

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir  

18:10
04 Noyabr

 İspaniyanın nəqliyyat naziri qatar qəzasına görə istefa verdi

18:08
04 Noyabr

FTB seçkilərdə 20 min saxta bülletenin müsadirə olunmasını təkzib edib  

18:06
04 Noyabr

AÇG-dən 4,7 milyard barel neft hasil edilib

18:01
04 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyası üstünlük qazanıb  

17:58
04 Noyabr

Dollar zəifləyir

17:52
04 Noyabr

Dinozavr sümüyündə fosilləşmiş qırmızı qan hüceyrələri aşkarlanıb

17:41
04 Noyabr

Quba Soyqrımı Memorial Kompleksinin yeni layihəsi  

17:36
04 Noyabr

Neftçalada Zəfər Gününə həsr olunan cüdo üzrə region turniri keçirilib  

17:34
04 Noyabr

Mezzano gölündə hələ də iti olan 3300 illik qılınc tapılıb

17:26
04 Noyabr

Makronun xarici siyasətdəki iddiaları ilə daxili iqtisadi vəziyyət arasında ciddi ziddiyyət yaranıb  

17:26
04 Noyabr

“Google” məktəblərdə süni intellektə girişi məhdudlaşdırır  

17:21
04 Noyabr

Yaşıl meydanda susan ürəklər: futbol tarixinin unudulmayan faciələri  

17:16
04 Noyabr

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

17:15
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!