08 Mart 2024 09:30
4637
Elm və texnika
A- A+
Qidaların dondurulması: nələrə diqqət yetirilməlidir?

Qidaların dondurulması: nələrə diqqət yetirilməlidir?

 

Qidaların saxlanması və mühafizəsi üçün ən çox istifadə olunan üsul onların dondurulmasıdır. Dondurulma vasitəsilə ərzaqların təbii dadının, qida dəyərinin, həmçinin görünüşünün yaxşı qorunması təmin edilir. Beləliklə, mövsümündə tədarükünü etdiyimiz və soyuducuda dondurduğumuz meyvə, tərəvəz və ət məhsullarından ilboyu faydalanırıq.
Mütəxəssislər bildirirlər ki, dondurulmuş tərəvəz və meyvələrdə təzə qidalarla eyni miqdarda vitamin olur. Belə ki, ərzaqlar müəyyən temperaturda dondurulduqda və saxlanıldıqda tərkiblərindəki mikroorqanizmlərin inkişafı dayanır, fermentlərin fəaliyyəti və kimyəvi reaksiyaların sürəti azalır. Ancaq bu zaman ən önəmli məsələ hansı qidanın hansı temperaturda dondurulmasıdır.

 

Dondurulma sürəti qidanın dadına təsir edir

 

Qida məhsulunun növündən, tərkibindən, proses zamanı istifadə edilən ətraf mühit şəraitindən asılı olaraq dondurulma müxtəlif sürətlə baş verə bilər. Müasir şoklama texnologiyalarına sahib soyuducular sayəsində ərzaqlar daha keyfiyyətli qorunur. Çünki qidaların dondurulma sürəti onların dadına birbaşa təsir edir. Qida donduqda, daxilindəki və xaricindəki rütubət buz kristalları əmələ gətirir. Ərzaq nə qədər yavaş donursa, buz kristalları da bir o qədər böyük olur. Buz kristalları isə qidanın quruluşuna və dadına böyük zərər vurur. 
Mütəxəssislər bildirirlər ki, düzgün şəkildə dondurulan qidaların orqanizmə faydası var. Ancaq bunun üçün dondurmadan əvvəlki və sonrakı müddətdə lazımi qaydalara riayət etmək lazımdır. Məsələn, buzluğa qoyulan qida yaxşı sarınmadıqda açıqda qalan hissəyə hava keçərək don yanığına səbəb olur. Bu hissədə həm quruluş olaraq pozulma baş verir, qida dəyərində itki olur, həm də dadında dəyişiklik yaranır.
Meyvə və tərəvəzlərin, ət və çörəklərin donunun açılması bir-birindən fərqlənir. Tərəvəzləri bişirərkən onları suya donu açılmadan atmaq lazımdır. Əgər donu açılaraq bişirilərsə, hüceyrə quruluşları pozulacaq və qida dəyəri azalacaq. Donmuş tərəvəzlərin bişmə müddəti təzəyə nisbətdə üç dəfə azdır.
Dondurulmuş ətlərin bişirilmədən əvvəl mütləq donu açılmalıdır. Bunun üçün ən çox istifadə olunan metodlardan biri onları otaq temperaturunda saxlamaqdır. Bu isə olduqca ziyandır. Çünki bu zaman mikroorqanizmlər sürətlə çoxalaraq ətin mikrobioloji yükünün artmasına səbəb olur. Əti soyuducunun dondurucu bölməsindən çıxarıb digər bölməsinə qoymaq ən düzgün üsuldur. Ətin donunun açılması üçün istifadə olunan metodlardan biri də onu isti suya salmaq, digəri isə mikrodalğalı sobada donunu açmaqdır. Ancaq sonuncu üsul nə qədər müasir olsa da, mütəxəssislər  tərəfindən tövsiyə edilmir. Dondurulmuş çörək və un məmulatları isə otaq temperaturunda istifadəyə hazır vəziyyətə gətirilə bilər.

 

Təkrar dondurmaq tövsiyə edilmir 

 

Hər bir dondurulmuş qida məhsulunun növündən asılı olaraq saxlama müddəti var. Ərzaqlar mənfi 18-dən 35 dərəcəyə qədər dondurula bilər. Dondurulmuş məhsullarda bəzi proseslər ləngiyir, lakin tamamilə dayanmır. Buna görə də mal, dana və quzu ətini mənfi 18-20 dərəcədən yüksək temperaturda və 6 aydan çox olmadan saxlamaq tövsiyə olunur. Yağsız balıqları 8 aya qədər, yağlı balıqları isə 4 aya qədər saxlamaq məsləhətdir.
Kərə yağı növündən asılı olaraq, dəyişə bilən donma müddəti olan qidalardan sayılır. Duzlu kərə yağı mənfi 18 dərəcə və ya daha aşağı temperaturda 12 aya qədər, duzsuz yağ isə yalnız 6 aya qədər saxlanıla bilər. Çörək və tort kimi xəmir məhsulları 18 dərəcə və ya daha aşağı temperaturda 3 aya qədər saxlanılır, bu müddətdən sonra onların keyfiyyəti azalır.
Balığın növündən asılı olaraq, soyuducuda qalma müddəti də dəyişir. Skumbriya, kefal, qızılbalıq və ton balığı kimi yağlı balıqları mənfi 18 dərəcə və ya daha aşağı temperaturda dondurucuda 2-3 ay saxlamaq olar. Yağsız balıqlardan olan mezgit balığı, treska və halibut dondurucuda 6-8 ay saxlanıla bilər. Təzə xərçəng əti və omar 24 aya qədər, kalamar 6-18 ay donudurula bilər. Midyə, istiridyə və diri xərçəng kimi dəniz məhsulları isə ümumiyyətlə dondurulmamalıdır.
Gündəlik rasionumuzda çox istifadə etdiyimiz toyuğun saxlanma şəraitinə xüsusilə diqqət yetirilməlidir. Bütöv toyuq dondurucuda tam bir il, doğranmış tikələri isə 9 ay qala bilər. Bişmiş ətləri dondurulma müddəti isə 2-6 aydır.
Qəribəsi odur ki, pendirləri də dondurucuya qoymaq olar. Çedar və parmezan kimi sərt pendirlər dondurucuda yaxşı şəkildə qorunsa da, yumşaq pendirlərin quruluşu əridikdən sonra zədələnə bilər. Pendirlərin dondurucuda saxlanma müddəti ümumiyyətlə 6 aydır.
Balqabaq, brokoli və gül kələmi kimi tərəvəzlər 8-12 ay, banan, gilas, albalı, alma, şaftalı və gavalı kimi meyvələr 9-12 ay, portağal isə 3 ay dondurula bilər. 
Bəzi qidalar tərkibinə uyğun olaraq ümumiyyətlə dondurulmaq üçün uyğun deyil. Tərkibində yüksək miqdarda su olan kahı, göyərtilər, pomidor və xiyar kimi tərəvəzlər dondurucudan çıxarıldıqdan sonra istifadə edildikdə yararsız vəziyyətə düşür. Mayonez və krem kimi məhsullar əriməyə başlayanda tərkibindəki inqrediyentlər bir-birindən ayrılır.
Bütün bunları nəzərə alaraq mütəxəssislər istehlakçılara qida məhsullarını dondurucuya qoyduqdan əvvəl və sonra məhsulların tərkibini bilməyi, müvafiq saxlanma qaydalarına riayət etməyi və donu açılmış məhsulu yenidən dondurmamağı tövsiyə edirlər. 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək  

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

15:25
13 May

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

15:22
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!