30 Dekabr 2024 01:37
237
Fərmanlar
A- A+
"Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

"Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 786 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci hissə üzrə:

1.1.  1.1-ci bənd üzrə:

1.1.1. birinci abzasa "(bundan sonra - qeyri-yaşayış binası)"  sözlərindən  sonra "və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin  (bundan sonra - infrastruktur obyekti)" sözləri əlavə edilsin;

1.1.2. 1.1.1-ci yarımbəndə hər dörd halda "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə olunsun və həmin yarımbənddə "2025-ci il" sözləri "2026-cı il" sözləri ilə əvəz edilsin; 

1.1.3. 1.1.2-ci yarımbəndə birinci,  üçüncü və dördüncü hallarda "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə olunsun və həmin yarımbənddə "onun" sözü "onların" sözü ilə əvəz edilsin;

1.1.4.  1.1.3-cü yarımbənd üzrə:

1.1.4.1.  1-ci  abzasda "15 (on beş)" sözləri  "30 (otuz)"  sözləri ilə, "isə," sözü  ", habelə infrastruktur obyektinə münasibətdə" sözləri ilə əvəz olunsun və həmin abzasa hər iki halda "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə edilsin;

1.1.4.2.  2-ci abzasa "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə edilsin;

  1.1.5.  1.1.4-cü yarımbəndə "binası" sözündən sonra "(infrastruktur obyekti)" sözləri əlavə edilsin;

  1.1.6. 1.1.5-ci yarımbəndin 1-ci abzasına "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə edilsin;

  1.1.7. 1.2-ci (hər iki halda)  bəndə, 1.4-cü bəndin birinci abzasına, 1.4.1-ci, 1.4.2-ci yarımbəndlərə, 1.5-ci və 1.6-cı (hər iki halda)  bəndlərə ismin müvafiq hallarında "binası" sözündən sonra ismin müvafiq hallarında "(infrastruktur obyekti)" sözləri əlavə edilsin;

  1.2. 1.9-cu bəndə "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə edilsin.

2. 3.1-ci və 3.4-cü bəndlərə "binalarının" sözündən sonra "(infrastruktur obyektlərinin)" sözləri əlavə edilsin.

  3.  4-cü hissə üzrə:

  3.1.  4.1-ci bəndə "binasının" sözündən sonra "(infrastruktur obyektinin)" sözləri əlavə edilsin;

3.2. 4.2-ci və 4.3-cü bəndlərə "binalarının" sözündən sonra "(infrastruktur obyektlərinin)" sözləri əlavə edilsin.

4. 5-ci hissə üzrə:

4.1.  5.1-ci bənd aşağıdakı redaksiyada verilsin: 

"5.1. bu Fərmanın  1.1-ci bəndinə  uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;";

4.2.  5.2-ci bəndə ismin müvafiq hallarında "binaları" sözündən sonra ismin müvafiq hallarında "(infrastruktur obyektləri)" sözləri əlavə edilsin.

5. 6-cı hissənin birinci abzasında "Agentliyinin tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Agentliyi" sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

  6.2.  bu Fərmandan irəli gələn məsələləri həll etsin.

7. Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər dövlət vəsaitləri hesabına inşa edilmiş və 2023-cü il iyunun 1-dək tikintisi başa çatmış infrastruktur obyektləri ilə bağlı "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsini təmin etsinlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!