18 May 2024 09:00
528
İQTİSADİYYAT
A- A+
Qeyri-neft-qaz məhsulları ixracında artım dinamikası yüksəkdir

Qeyri-neft-qaz məhsulları ixracında artım dinamikası yüksəkdir

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cari ilin birinci rübü və aprel ayının ixrac statistikasını açıqlayıb. Diqqəti cəlb edən odur ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı artıb. Rüb ərzində xüsusilə aqrar sektora aid məhsulların ixrac dinamikası yüksək olub.
Digər bir önəmli fakt isə məhsulların çeşidi ilə yanaşı, ixracın coğrafiyasının genişlənməsidir. Bu da onu göstərir ki, artıq xarici bazara rəqabətqabiliyyətli məhsullar ixrac etməyi bacarırıq. Hazırda dünya bazarlarında yer tutmaq üçün iki əsas şərtə əməl olunmalıdır - birincisi keyfiyyət, ikincisi qiymət. Başqa sözlə, xarici bazarda müştəri tapmağın yolu ucuz və keyfiyyətli məhsuldan keçir.
Qeyri-neft-qaz məhsulları ixracının artması ölkəmizə əlavə imkanlar yaradır. Əvvəla, bu, Azərbaycanın enerji daşıyıcılarının satışından asılılığının aradan qaldırılmasında yardımçı olur. Sonrası isə, bu növ məhsulların istehsalı daxili tələbatı ödəmək üçün bizi valyuta tələb edən idxaldan xilas edir. Yəni bu, həm də əlavə valyuta deməkdir. İndi dünyada baş verən geosiyasi proseslər göstərir ki, maliyyə sabitliyinə malik ölkələr daha üstün durumda olurlar.
İndi isə konkret rəqəmlərə müraciət edək. Mənbədə açıqlanır ki, cari ilin birinci rübü ərzində Azərbaycanın ümumi ixracının dəyəri 6 milyard, o cümlədən qeyri-neft sektoru üzrə 673,7 milyon dollar təşkil edib. Rüb ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 195,3 milyon dollara bərabər olub. 3 ay ərzində pambıq ixracı 47, meyvə-tərəvəz ixracı 15,3, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2, üzvi kimyəvi birləşmələrin ixracı 2,1 faiz artıb. Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8 faiz artaraq 210,7 milyon dollara çatıb. Qeyri-neft-qaz məhsulları ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 7,8 faiz artaraq 58,8 milyon dollar təşkil edib. 
Yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci, pomidor ikinci, elektrik enerjisi üçüncü olub. Bu aylar Rusiya Federasiyasına 225,5 milyon, Türkiyəyə 150,3 milyon, Gürcüstana 59,9 milyon, Ukraynaya 24,2 milyon, Qırğızıstana 20,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. 
Sözügedən dövr qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, Muradova Sahibə Səlimət qızı, "My Fruit" MMC, "Technopack" MMC, "Mors Trading" MMC, "Baku Steel Company" QSC, "Soil Boons" MMC, "Khan-El" MMC, "Atena" MMC şirkətləri təmsil olunublar. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra siyahıda "Socar Polymer" MMC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti MMC, "Azərbaycan Dəmir Yolları" QSC şirkətləridir. 
Birinci rübdə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 4,7 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib, konkret desək, dünyanın 47 ölkəsinə peyk telekommunikasiya xidmətləri göstərilib ki, bu da "Azərkosmos"un xidmət ixracından əldə etdiyi ümumi gəlirlərinin 78 faizinə bərabərdir. İlin ilk 3 ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollarla Birləşmiş Krallıq, 966,8 min dollarla Lüksemburq, 339,8 min dollarla BƏƏ, 208,6 min dollarla Pakistan və 197,4 min dollarla Almaniyadır.
Məlumatda həmçinin bildirilir ki, bu ilin aprel ayı ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən 38,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixracı həyata keçirilib. Ay ərzində mərkəzə 162 müraciət daxil olub, 394 sertifikat təqdim edilib. İxrac ünvanları arasında İsveçrə, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Türkmənistan, Almaniya, ABŞ, Avstriya, İspaniya, İsrail, Macarıstan, Moldova, Niderland, Rumıniya, Polşa, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Malayziya, BƏƏ, Əfqanıstan, Fransa kimi ölkələr olub.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!