Qərbin məqsədi Ermənistanın çağırışına əsasən bölgəni hərbi nəzarətinə almaqdır
Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransanın məqsədi Ermənistanı kütləvi silahlandırmaqla iki ölkə arasında gərginliyi artırmaq bölgədə sülhə mane olmaqdır. Ehtimal ki, baş nazir Nikol Paşinyanın "cəsarətli" davranışları həm də son zamanlar bu ölkənin xaricdən silah tədarükünü artırması ilə bağlıdır.
Fransadan Ermənistana yalnız silahlar deyil, bu silahların tətbiqi, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş əməliyyatları aparmaq üçün şəxsi heyətə təlimlər keçmək üçün hərbi təlimatçılar da göndərilir. Nəzərə alsaq ki, Ermənistan təkcə Fransadan deyil, Hindistanla da 600 milyon dollarlıq silahlar alınması istiqamətində müqavilə imzalayıb və Ermənistanın indiki vəziyyətində hücum silahlarına milyard dollarlarla vəsait xərcləməsini heç də müdafiə məqsədi üçün hesablanmış addım hesab etmək olmaz.
İyulun 18-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib: "Ermənistanın perspektivi sülhdür, Fransanın perspektivi sülhdür və mən ümid edirəm ki, Azərbaycanın da perspektivi sülhdür". Məsələ burasındadır ki, sülhdən danışan Fransa prezidenti sülh danışıqlarını poza biləcək bütün vasitələrdən istifadə edir. Rəsmi Paris Ermənistanı yalnız silahlandırmaqla kifayətlənməyib, nəzarətində saxladıqları yedək təşkilatlar vasitəsi ilə də İrəvana hərbi yardımlarını davam etdirir. Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Bildirilir ki, yardımın məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla, beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlılığını artırmaq və silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyonölçülü bölmə üçün çadır şəhərciyini təmin edəcək. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementidir: "Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlılığına daha da töhfə verəcək. Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var".
Əlbəttə ki, burada Qərb öz maraqlarını təmin etmək məqsədi güdür. Birmənalı olaraq qeyd edə bilərik ki, bu gün Ermənistana göstərilən hərbi yardımlar regionda sülhə, sabitliyə təhlükə yaradır.
İstər Fransanın, istərsə də Aİ Şurasının Ermənistanı silahlandırması əslində bu ölkəyə yaxşı heç nə vəd etmir. Azərbaycan dəfələrlə öz xəbərdarlığını edib ki, Ermənistanın silahlanmasını ölkəmiz təhlükəli həddə hesab edəcəksə, tədbir görmək məcburiyyətində qalacaq. Elə Fransanın da, bu ölkənin çətiri altında fəaliyyət göstərən Aİ-nin də məqsədi budur ki, regionda yaranan sülh mühiti heçə ensin, öz təhlükəsizliyini qoruya bilməyən Ermənistanın çağrışına əsasən bölgəni hərbi nəzarətləri altına alsınlar.
Rəsmi Paris vəziyyəti ciddi şəkildə dəyişmək üçün son zamanlar maksimum dərəcədə səy göstərir. Hədəf Azərbaycanı Ermənistanla Qərb platforması çərçivəsində danışıqlara sövq etmək, sülh müqaviləsinin mətninə Avropanı razı salacaq şərtlərin daxil edilməsinə nail olmaqdır. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, "Azərbaycan müstəqil siyasət yürüdür və Azərbaycanın iradəsinə heç bir qüvvə təsir edə bilməz" deməsi Qərbdə təşviş yaradır.
Zəngəzur dəhlizi ilə bağlı məsələlər geopolitik, tranzit və loqistik imkanlar baxımından Qərb üçün xüsüsi əhəmiyyət kəsb edir. Hazırda qlobal güclər arasında dəhlizlərlə bağlı fərqli yanaşmalar region dövlətlərinin də bəlli qlobal layihələrə cəlb olunmasını zəruri etdiyindən Cənubi Qafqaz bu qarşıdurmaların mərkəzində yer almış bölgələrdən biridir.
Fransanın Ermənistanın hava hücumundan müdafiə sistemlərini yeniləməsi, Ermənistanın hərbi arsenalının silah-sursatla təmin edib yenidən formalaşdırmaq istiqamətində atdığı addımlar deməyə əsas verir ki, rəsmi Paris regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub. Avropadan gələn təlimatların Ermənistan tərəfindən sözsüz icra olunması və Ermənistanın son davranışları hadisələrin arzuolunmaz istiqamətdə hərəkət edə biləcəyinin proqnozunu verir. Azərbaycan Prezidentinin iradəsi, dövlətimizin gücü və qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, Ermənistanı silahlandıran Fransa regionu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Sabahın hava proqnozu
27 Iyul
Türkiyə nəşri: Azərbaycan musiqi festivalı ilə dünyanı heyran edir
27 Iyul
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!