28 Yanvar 2026 08:40
209
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır

Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır


Şəmkir Rayon İcra hakimiyyəti, Qərbi Azərbaycan İcmasının (QAİ) rayon  nümayəndəliyi və təhsil sektorunun birgə təşkilatçılığı ilə Əliyaqublu kənd tam orta ümumtəhsil məktəbində "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır" mövzusunda açıq dərs təşkil olunmuşdur.

Xatırladaq ki, bu kəndin sakinlərinin 92 faizdən çoxunu 1918-ci, 1924-cü illərdə erməni daşnak silahlılarının zülm və işgəncələri nəticəsində, habelə 1948-ci il dövlət səviyyəsində həyata keçirilən deportasiya zamanı öz dədə-baba yurdunu məcburən tərk etmiş ailələr, onların sağ qalan varisləri  təşkil edir. Açıq dərsə kənddə yaşayan Qərbi Azərbaycan kökənli, xüsusən də Masis və Amasiya rayonlarından vaxtilə köç etmiş ailələrdən olan valideynlər də dəvət edilmişdilər.

Açıq dərs məktəbin tarix müəllimi Asəf  Əliyev və coğrafiya müəllimi Günəş Rzayevanın mederatorluğu ilə davam etdirildi. Açıq dərsin ruhunu Prezident İlham Əliyevin 2024-cü ilin sonlarında Qərbi Azərbaycan İcmasının inzibati binası ilə tanışlıq zamanı çıxışında  "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycan diyarına qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar" deməsi təşkil edirdi.

Açıq dərsin gedişində şagirdlərə bir daha açıqlandı ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu arxiv materialları, xəritələr, habelə minilliklərə söykənən mədəni irisimiz, abidələrimiz, inanc yerlərimiz, qəbiristanlıq və məscidlərimiz də təsdiqləyir. Şagirdlərə Qərbi  Azərbaycanla bağlı həqiqətləri bilməsi, qədim yurd yerlərimizin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmalı olduqları genişliyi ilə izah edildi. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynovanın iştirakçılara ünvanladığı  məktubu oxundu. Məktəbdə təşkil edilən açıq dərsin azərbaycançılıq tarixinə və xalqımızın mənəvi sərvətlərinə təəssübkeş münasibət olduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, orta məktəblərdə Qərbi Azərbaycana qayıdışla bağlı açıq dərslərin keçirilməsi gənclərimizin tarixi irsimizə sahib çıxmasına güclü təkan verəcək. 

Dərsin gedişində "Dövlət başçısı İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütdüyü siyasət beynəlxalq hüquqa əsaslanan Qayıdış Konsepsiyasıdır" adlı videoçarx nümayiş etdirildi. 

QAİ-nin Şəmkir rayon nümayəndəsi Altay Qafarov,  rayon icra hakimiyyətinin məsul işçisi Rəşad Ramazanov, rayon təhsil sektorunun nümayəndəsi Azər Əliyevin, bələdiyyə sədri Niyaməddin Mustafayevin, kənd inzibati ərazi nümayəndəsi Turan Qafarovun və qərbi azərbaycanəsilli valideynlərin müşayiəti ilə böyük maraqla keçən açıq dərsin sonunda iştirakçılara  "Mənim Qərbi Azərbaycanım", eləcə də Qərbi Azərbaycanla bağlı digər kitablar hədiyyə edildi.


Ziyafət ASLANOVA, 

Şəmkir rayonunun Əliyaqublu kənd orta ümumtəhsil məktəbinin direktor əvəzi, qabaqcıl təhsil işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ABŞ-da yağan güclü qar səbəbi ilə ölənlərin sayı 42 nəfərə yüksəlib  

09:38
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!