17 Yanvar 2026 02:07
1465
Fərmanlar
A- A+
Qərb Sənaye Parkının yaradılması haqqında

Qərb Sənaye Parkının yaradılması haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə qərara alıram:

1. Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılsın. 

2. Müəyyən edilsin ki: 

2.1. Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir; 

2.2. Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) həyata keçirir. 

3. Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. üç ay müddətində: 

4.1.1.Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş "Azəralüminium" MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etsin; 

4.1.2. Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin; 

4.2. bu Fərmanın 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 

5.1. Qərb Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

5.2. Qərb Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 yanvar 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır  

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

Nazirlik: 2018-2025-ci illərdə işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb  

17:38
13 Fevral

AZAL bayram tətili üçün sərnişinlərə müxtəlif istiqamətlər üzrə seçimlər təqdim edir  

17:30
13 Fevral

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb  

17:23
13 Fevral

Hərbi attaşelər HHQ-nin hərbi hissəsində olublar

17:22
13 Fevral

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

17:22
13 Fevral

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib  

17:21
13 Fevral

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

17:14
13 Fevral

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

16:35
13 Fevral

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

16:34
13 Fevral

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib  

15:53
13 Fevral

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib  

15:52
13 Fevral

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

15:50
13 Fevral

 Neandertalların kəllə kolleksiyası aşkar edilib

15:21
13 Fevral

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

15:08
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!