20 Yanvar 2023 04:18
2591
SİYASƏT
A- A+
Qəhrəmanlıq salnaməmiz

Qəhrəmanlıq salnaməmiz

 

Prezident İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" müjdəsini Şəhidlər xiyabanından verməsi  20 Yanvar şəhidlərinə olan ehtiramın ifadəsidir

 

Hər yeni ildə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər paketinin qəbul edilməsi artıq bir ənənə halı almışdır. Bu il də yeni sosial paket elan olundu. 
2023-cü ildə elan edilən sosial tədbirlər sırasında 20 Yanvar şəhidlərinin ailələrinin sosial təminatına yönəlmiş Prezident fərmanı diqqətəlayiqdir. Fərmanda 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1 yanvar 2023-cü il tarixdən etibarən 500 manatdan 600 manata qaldırılmışdır. 20 Yanvar hadisələrinin 33-cü ildönümü ərəfəsində belə bir addımın atılması bu faciə qurbanlarının ailələrinin sosial təminatının yaxşılaşdırılmasına xidmət etməklə bərabər, həm də onların əziz xatirəsinin daim Azərbaycan Prezidenti və dövlətimiz tərəfindən uca tutulduğunu göstərir. Bu, tamamilə təbiidir. Çünki 20 Yanvar şəhidləri bizim üçün azadlıq və demokratiya şəhidləridir, kollektiv yaddaşımızda xüsusi yer tutan tarixi bir qəhrəmanlıq səhifəsidir və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı Azərbaycan xalqının sərgilədiyi barışmazlığın simvoludur.
20 Yanvar faciəsini 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və qəddar qəsd hesab etmək olar. Amma xalqımızın mübarizliyi tamamilə əks effekt verdi. 20 Yanvar Azərbaycan xalqının kollektiv və tarixi yaddaşını oyadan, yeniləyən və formalaşdıran ən mühüm milli kodlardan birinə çevrildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında elə bir iz buraxdı ki, bu gün də bir çox hadisə və proseslərə məhz 20 Yanvar prizmasından baxırıq.
20 Yanvar bizim tarixi yaddaşımızı oyatdı. Şəhidləri dəfn etmək üçün qazılan məzar yerlərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şəhidlərimizin qalıqlarının aşkarlanması tariximizin qəhrəmanlıq və faciə dolu iki böyük səhifəsini bir-birinə bağladı. Hər iki hadisələrdə erməni faktoru ciddi rol oynayıb, torpaqlarımızı qəsb etmək, müstəqillik ideallarımızı boğmaq niyyəti güdülüb. Öz vətəndaşlarına qarşı 20 Yanvar qırğınını törətməklə keçmiş SSRİ-nin hərbi-siyasi rəhbərliyi ən böyük zərbəni - mənəvi zərbəni özünə vurdu. Bu hadisə təkcə Azərbaycanda deyil, digər sovet respublikalarında da SSRİ-yə olan münasibətləri kökündən sarsıtdı.
O dövrdə respublikaya rəhbərlik edənlər bu fundamental və tarixi əhəmiyyətli hadisəyə siyasi qiymət vermədilər. 20 Yanvar faciəsinə siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə 1994-cü ildə verildi. Beləliklə, 29 mart 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi, hadisəyə siyasi qiymət verildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1998-ci ildə verdiyi fərmanla "20 Yanvar şəhidi" fəxri adı təsis olundu.
Ulu Öndərin 20 Yanvar faciəsinə və şəhidlərinə göstərdiyi bu həssas münasibət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə də  layiqli surətdə davam etdirilir. 20 Yanvar şəhidlərinin və onların əbədi uyuduğu Şəhidlər xiyabanının xalqımız və dövlət başçımız üçün nə qədər önəm və mənəvi dəyər daşıdığını Prezident İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini 8 noyabr 2020-ci ildə xalqımıza məhz Şəhidlər xiyabanından verməsi və "Əziz Şuşa, sən azadsan!" fikrini  orada səsləndirməsi bir daha nümayiş etdirdi. Azadlıq müjdəsinin və zəfər xəbərinin buradan elan edilməsi 20 Yanvar şəhidlərimizə və onların timsalında bütün şəhidlərimizə göstərilən ehtiramın ifadəsi idi.
20 Yanvar şəhidlərimizin ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!