18 Oktyabr 2024 12:48
265
CƏMİYYƏT
A- A+
Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb

Oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qəbələ Rayon Prokurorluğundan "Azərbaycan" qəzetinə bildirilib ki, araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək, həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” – “Ayaks” oyununa 1 gündə 20 minə yaxın bilet satılıb

15:25
18 Oktyabr

Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib

15:22
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

15:17
18 Oktyabr

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması təklif edilir

15:03
18 Oktyabr

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib  

14:57
18 Oktyabr

Qubada bir gündə 10 mindən çox ağac əkildi

14:50
18 Oktyabr

İstifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək

14:39
18 Oktyabr

Dövlət əmlakının icarəsindən büdcəyə 28 milyon manatdan çox vəsait köçürülüb

14:36
18 Oktyabr

Elm və təhsil naziri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

14:35
18 Oktyabr

Türkiyə mediası: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində binaların üzlənməsi və fasadların rənglənməsinə başlanılıb  

14:08
18 Oktyabr

“TRT Haber” Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş reportaj yayımlayıb

13:12
18 Oktyabr

Azərbaycanda bələdiyyələrin sayının 685-ə endirilməsi nəzərdə tutulub

13:11
18 Oktyabr

MN: Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir 

13:10
18 Oktyabr

Orxan Mahmudlu: COP29 zolaqlarından istifadə üçün icazə vərəqələrinin gələn ay verilməsi nəzərdə tutulur

13:09
18 Oktyabr

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçirilir

13:08
18 Oktyabr

Pirim Pirimov: COP29 üçün media mərkəzi tam hazır vəziyyətdədir

13:07
18 Oktyabr

Cəlilabadda ağacəkmə aksiyası keçirilib

13:07
18 Oktyabr

COP29 Nəqliyyat Departamentinin rəhbəri: Şəhərin mərkəzində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb

12:50
18 Oktyabr

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb

12:48
18 Oktyabr

COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90 faizi tamamlanıb

12:45
18 Oktyabr

COP29 konfransında iştirak üçün indiyədək qeydiyyatdan keçənlərin sayı açıqlanıb

12:43
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!