24 Aprel 2024 08:15
190
SİYASƏT
A- A+

Qazaxın 4 kəndinin azad olunması yeni reallıqların məntiqi davamıdır

 

"Qazax rayonunun 4 kəndinin geri qaytarılması diplomatiyamızın qələbəsidir. Bu,  Azərbaycanın qüdrətinin tarixdə görünməmiş bir zirvədə olduğunun göstəricisidir. Bir güllə belə atılmadan Azərbaycanın beynəlxalq hüquqla tanınmış qeyri-anklav kəndlərinin sahiblərinə qaytarılması diplomatiya tariximizdə önəmli məsələdir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Deputat bildirib ki, Azərbaycan Ermənistanı kəndlərimizi öz xoşu ilə geri qaytarmağa məcbur edir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan bu zəfərə Ermənistanın havadarlarının müxtəlif təzyiqlərinə, Fransa və Hindistanın bu ölkəni silahlandırmasına və Ermənistanın yanında hərbi siyasi alyansın mövcudluğuna rəğmən nail olub. Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana sülh təklif edib. Lakin buna baxmayaraq, məğlub tərəf Azərbaycanın sülh təkliflərindən yayınır, məsələni daha çox uzatmaq, əldə edilmiş razılıqları təxirə salmaq və yekun sülh sazişinin bağlanmasını müxtəlif bəhanələrlə mürəkkəb prosesə çevirmək üçün cəhdlər edirdi". 
Deputat vurğulayıb ki, reallıq ondan ibarətdir ki, Azərbaycan artıq qlobal oyunçuya çevrilib. Prezident İlham Əliyev dərin strateji vizyona malik olan bir lider kimi bütün problemləri ard-arda və uğurlu diplomatik gedişlərlə həll edir. Son zamanlar baş verən hadisələr, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, daha sonra suverenliyimizin tam bərpası, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizi tərk etməsi, daha sonra Qazaxın 4 kəndinin geri qaytarılması və digər ard-arda qazanılmış diplomatik uğurlar və qələbələr Azərbaycanın yaratdığı reallıqlar nəticəsində baş verir. Bütün azərbaycanlılar qürur hissi keçirir ki, uzun illər boyunca xalqımıza əziyyət vermiş məsələlərin çözülməsinə şahidlik edirlər. 
Tural Gəncəliyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin sosial şəbəkə hesablarında paylaşım edərək Azərbaycan-Ermənistan sərhəd delimitasiyası və demarkasiyası prosesi çərçivəsində kəndlərin geri qaytarılması məsələsini alqışladığını qeyd etməsi Azərbaycan dövlətinin nüfuzundan xəbər verir.  Bu gün bütün dünya, eləcə də hegemon güclərdən biri, bəlkə də birincisi olan ABŞ belə Azərbaycanın yaratdığı reallıqları və onun yenilməz gücünü qəbul edir.  
"Onu da xüsusi vurğulamaq istəyirəm ki, bizim əsas gücümüz və ən önəmli üstünlüyümüz ondan ibarətdir ki, biz hər zaman haqqın yanındayıq və haqqı müdafiə edirik. Beynəlxalq hüquqla tanınmış torpaqlarımızı geri istəyir və uğrunda mübarizə aparırıq. Heç zaman nə beynəlxalq hüququ pozur, nə başqalarının suverenliyinə göz dikirik. Bu, Azərbaycanın və belə bir diplomatiyanı həyata keçirən liderimizin gücüdür.  Xarici siyasətimiz diplomatik məharətlə elə idarə olunur ki, bizim qarşımıza əks-güc ortaya qoymaq mümkün deyil", - deyə müsahibimiz əlavə edib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video