03 Dekabr 2024 08:35
317
Mədəniyyət
A- A+
Qazax teatrı beynəlxalq festivaldan əliboş qayıtmadı

Qazax teatrı beynəlxalq festivaldan əliboş qayıtmadı


Qazax Dövlət Dram Teatrı hazırda özünün yeni yaradıcılıq dövrünü yaşayır. Aparılan islahatlar teatr kollektivinin beynəlxalq festivallara da yolunu açıb. Teatr 2 ildir müxtəlif festival və qastrollarda uğurla iştirak edir.

Bu ilin sentyabr ayında Qazaxıstandan Qazax teatrına məktub gəldi. Məktubda bildirilirdi ki, Qazaxıstanın Astana şəhərində tanınmış yazıçı-dramaturq Roza Mukanovanın 60 illiyinə həsr olunmuş "Teatr-ALL" III Beynəlxalq Teatr Festivalı keçiriləcək və Qazax teatrı da həmin festivala dəvət olunur. Dəvəti böyük məmnuniyyətlə qəbul edən Qazax Dövlət Dram Teatrı həmin festivala qatılmış və  uğurla çıxış etmişdir. 

Tənqidçilər və münsiflər heyəti Qazax teatrının hazırladığı tamaşaya və aktyorların ifasına yüksək qiymət vermişlər. Festivalın bağlanış mərasimində 8 nominasiya üzrə mükafatlandırma olmuşdur. 12 müxtəlif teatr aktyorları arasında Qazax Dövlət Dram Teatrının rejissoru, Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli "Ən yaxşı kişi rolu" nominasiyasında qalib olaraq 500.000 təngə (Qazaxıstan valyutası) pul mükafatına layiq görülmüşdür.

Vətənə dönən teatrın əməkdaşları rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşmüşlər. O, kollektivi əldə etdiyi nailiyyətə görə təbrik etmiş, onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır. Teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən Allahverdi Musayev, Əməkdar artist Xəzər Gəncəli onlara yaradılan şəraitdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

Makron istefaya çağırışların mənasız olduğunu bildirib

18:38
04 Dekabr

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

18:37
04 Dekabr

Deqradasiyaya uğramış ərazilərin sahəsi 15 milyon kvadrat kilometrə çatıb

18:36
04 Dekabr

İlon Maskın fikrincə, bəşəriyyətin ən böyük təhlükəsi...

18:33
04 Dekabr

Haitidə hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

18:33
04 Dekabr

Səslərdən real görüntü yaradan süni intellekt hazırlanıb

18:32
04 Dekabr

Cənubi Koreya və ABŞ nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb

18:31
04 Dekabr

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub  

18:30
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!