12 Aprel 2022 23:29
1375
Səhiyyə
A- A+

Qara gavalı sümüklərin qocalmadan müdafiəsi üçün ən yaxşı meyvədir

 

Meyvə və tərəvəzlər birmənalı olaraq, bəziləri isə xüsusilə sağlamlığımız üçün faydalıdır. İndi isə tədqiqatçılar yaş proseslərindən sümükləri müdafiə etməyə imkan verən meyvə aşkar ediblər.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, Pensilvaniya Universitetindən olan alimlər 50-70 yaş arası qadınların iştirakı ilə tədqiqat aparıblar. Tədqiqat göstərib ki, qara gavalı sümüklərin yaş dəyişməsindən müdafiəsi üçün ən faydalı meyvədir. Bu xüsusilə vacibdir, çünki qadınlarda menopauzadan sonra sümüklərin mineral sıxlığı sürətlə azalır, bu da onları osteoporoz və yıxılma və sınıqlar nəticəsində ağır travma riski altına qoyur. Bu tədqiqatın iştirakçıları gündə ya 6,12 qara gavalı meyvəsi qəbul ediblər ya da ümumiyyətlə qəbul etməyiblər. Müşahidələr 12 ay davam edib.

Bu müşahidələr göstərib ki, gündə 6-12 qara gavalı meyvəsinin qəbulu postmenopauza yaşında olan qadınlarda sümüklərin mineral sıxlığının itirilməsinin səbəbi olan iltihab mediatorların təsirini azaldır. Bu qara gavalını osteoporoz ilə mübarizədə çox ümidverici pəhriz vasitəsinə çevirir. Bir çox meyvə və tərəvəzlər osteoporozdan müdafiə edən fenol turşusu, flavonoidlər və karotenoidlər kimi bioloji aktiv birləşmələrlə zəngindir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video