12 Oktyabr 2023 09:10
1320
SİYASƏT
A- A+
Qalib dövlət, güclü sosial siyasət

Qalib dövlət, güclü sosial siyasət

 

Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olan Azərbaycan eyni zamanda vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir. 
 

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən ötən 20 ildə sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması təmin olunub.
2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm". 
Bu sözlər ötən dövrdə uğurla reallaşdı: iqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən, bu yolda böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi. 
Milli iqtisadiyyatın dünyada rekord səviyyədə - 3 dəfədən çox artımına, sahibkarlığın, regionların tərəqqisi şəraitində iqtisadi şaxələndirməyə və qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyanın gücləndirilməsinə, milli iqtisadiyyata investisiya axınının təmin edilməsinə və ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunun xeyli güclənməsinə nail olundu. 
Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edildi.
2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Cənab Prezidentin qeyd etdiyi kimi, "Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır". 
"Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" deyən Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb. 
2003-cü ildən ötən dövrdə əməkhaqları, pensiya və digər sosial ödənişlərin mütəmadi olaraq artırılması, regionların və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının artmasının daimi xarakter alması, əhalinin gəlirlərində ilbəil artım, sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsinin qurulması, sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik". 
Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib. Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb.  
Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması  təmin olunub. Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. 
Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə  2,4 mlrd. manat (70 faiz) artım olub. 
Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla  pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir.
Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub.
Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub.
Aparılan ardıcıl əməkhaqqı islahatlarının daha bir müsbət nəticəsi kimi ölkəmizdə xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, 2023-cü ilin əvvəlində isə 41,1 faizə çatıb. Bu da həmin nisbət göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyişdir.

Cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürü olaraq 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb.

Bu təqaüdlərlə yanaşı, həmin kateqoriyalardan olan şəxslər aylıq pensiya və müavinətlərlə də təmin edilirlər. Həmçinin cənab Prezidentin daha bir xüsusi qayğısı olaraq onlarla bağlı son illərdə yeni mühüm sosial dəstək proqramları - 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə və həmin tarixədək hərbi xidmət zamanı aldığı xəsarət və xəstələnməsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmələr verilməsi proqramları icra olunub.  
Eyni zamanda 2012-ci ildə II Dünya müharibəsi iştirakçılarına və həmin müharibə dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş və digər şəxslərə də Prezidentin təqaüdü təyin edilməsinə başlanıb və ötən dövrdə 3,3 dəfə artırılaraq 100 manatdan 330 manata çatdırılıb. 2014-cü ilin əvvəlindən isə beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət təsis edilib və ötən dövrdə bu müavinətin məbləği də 3,5 dəfə artırılaraq 30 manatdan 105 manata çatdırılıb. 2014-cü ildə daha bir təqaüd növü  - Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə də Prezidentin aylıq təqaüdü təsis edilib və bu təqaüd də ötən dövrdə 3 dəfə artırılaraq 200 manatdan 600 manata çatdırılıb. 
2018-ci ilin aprelində ölkəmizdə keçirilən seçkilərdə cənab İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə imkan yaradıb. "Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik", - deyən Prezident cənab İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 
Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 mlrd. manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə,  orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb. 
Azərbaycan Prezidentinin imzaladığı sənədlərlə son beş ildə daha 10 yeni sosial ödəniş növü - müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. təsis olunub. 
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2018-2023-cü illərdə Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 6,5 dəfə artaraq 60 mindən  390 minə çatıb. Aylıq sosial müavinətlə təmin olunanların sayı isə son beş ildə 5 faiz çoxalaraq  385 mindən 432 minə çatıb. Həmçinin son illər müvafiq qanunvericilikdə humanist yanaşmalar tətbiq edilib: 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s. 
Aztəminatlı ailələrin rifahına mühüm dövlət dəstəyi olan ünvanlı dövlət sosial yardımı proqramının icrasına da Prezident İlham Əliyevin təsdiq etdiyi qanunla 2006-cı ildə başlanılıb. Ötən dövrdə ünvanlı sosial yardım sistemi elektronlaşdırılıb, habelə qanunvericilikdə bir sıra dəyişikliklər edilərək, bu proqramın əhatə dairəsi genişləndirilməklə proqrama əlçatanlıq artırılıb, sosial yardımın təyinat şərtləri xeyli yumşaldılıb. Ünvanlı sosial yardım üçün müraciət zamanı ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur. 
Eyni zamanda ünvanlı dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 8,2 dəfə artırılaraq 2023-cü ilin 1 yanvar tarixindən 246 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artıma imkan yaradır. Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən ötən müddətdə 11 dəfə artırılaraq 478 manata çatıb. Bununla yanaşı, artıq 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib ki, bu da ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi hədəfinə nail olunduğunu göstərir.
Ümumilikdə, bu gün 2,6 milyondan çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödəniş sistemi ilə əhatə olunub. 
Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə isə dövlət başçısının göstərişi ilə icra olunan sosial dəstək proqramı çərçivəsində  şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 
Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə  14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox  avtomobil verilib.
Postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 309 min xidmət göstərilib. Bu xidmətlərə mənzil və avtomobillə təminat tədbirlərindən əlavə olaraq, həmin şəxslərdən ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunmasını, 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilməsini, 20 min şəxsin məşğulluğunun təmin edilməsini (o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunmasını), müharibə ilə əlaqədar əlilliyi olan 2012 şəxsin 44,6 mindən çox reabilitasiya vasitəsi (o cümlədən 439 şəxsin 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunmasını), vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 95,7 min şəxsə xidmətlər göstərilməsini və s. də aid etmək olar.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, digər həssas qruplardan olanların da mənzillə təminatı həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa edilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Eyni zamanda son illər yeni yaşayış binalarından həmin məzunların mənzillərin təqdim edilməsi işləri aparılır və ümumilikdə ötən dövrdə həmin məzunlardan 650 şəxs tam təmirli mənzillə təmin olunub. Həmçinin gözdən əlilliyi olan şəxslərə dövlət tərəfindən yüzlərlə mənzil verilib. 
Bu gün nazirliyin 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir ki, onlar tərəfindən son beş ildə 144 min şəxsə reabilitasiya xidməti göstərilib və həmin dövrdə əlilliyi olan şəxslərə 283 min reabilitasiya vasitəsi verilib.  2018-2023-cü illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb və yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Görülən işlər reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının həmin dövrdə 3 dəfə, son 20 ildə 8 dəfə artaraq  60 minə çatmasına imkan verib. 
Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biri DOST konsepsiyasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Ölkə Prezidentinin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. 
Artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,2 faizdir. İşğaldan azad edilmiş bölgələrimizdə də DOST xidmətləri qurulur və başlanğıc kimi  2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açıldı. Bu il avqustun 7-də isə Prezident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzi açıldı ki, bu mərkəz ölkəmizin Qarabağ iqtisadi rayonu üzrə 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) sakinlərinə xidmət edir. 
Əhalinin məşğulluğunun təminatı dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətə uyğun olaraq aktiv məşğulluq proqramları daim genişləndirilir.  Təkcə son 5 ildə 1 milyondan çox şəxs həmin məşğulluq proqramlarına cəlb olunub,  452 min nəfər işlə təmin olunub,  21 minədək şəxs peşə hazırlığı kurslarına,  511 min şəxs peşəyönümü xidmətlərə cəlb olunub.  
Cənab Prezidentin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı isə  ötən dövrdə 14 dəfə artırılaraq 16 mini ötüb və  73 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə və digər həssas qruplara üstünlük verilir. Dünya Bankının maliyyə dəstəyi ilə nazirliyin icra etdiyi "Azərbaycanda məşğulluğa dəstək" layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir və layihə üzrə həssas qruplardan olan 22 min işsiz şəxsin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərinin yaradılması istiqamətində  işlər aparılır.
Son 20 ildə muzdla çalışanların sayı 544 min və ya 44 faiz artaraq 1 mln. 770 minə çatıb. Son illər məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər bu istiqamətdə növbəti irəliləyişə imkan yaradaraq əmək müqavilələrinin sayında son 5 ildə 35 faiz və ya  460 mindən çox artım baş verib. Bu müsbət trendlər, əməkhaqqı islahatları məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da qeyd olunan dövrdə 2 dəfə artımla nəticələnib və bu daxilolmaların həcmi ötən il 4,6 milyard manata çatıb. 
Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə DOST Konsepsiyasının davamı olaraq, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı icra olunub və  bu gün nazirliyin 159 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformadan təqdim edilir. 30-dan çox e-arayış xidməti, həmçinin 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı mexanizmləri, həmin il ölkənin sosial reyestri olan  e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə "Əmək və Məşğulluq" altsistemi işə salınıb.  
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq.

Sahil BABAYEV,
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib  

16:05
22 Noyabr

Çinli müşahidəçi: COP29-da bəzi liderlər “ağıllı şəhər” layihələrindən danışdılar, bu, yaxşı fikirdir  

16:00
22 Noyabr

Azərbaycan və Ukrayna ekologiya sahəsində əməkdaşlığı dərinləşdirir

15:59
22 Noyabr

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib  

15:58
22 Noyabr

Annalena Berbok: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitiqasiya əsas rol oynayır  

15:57
22 Noyabr

Filippinli deputat: Həssas icmalar üçün iqlim maliyyəsində irəliləyişə ümid edirik  

15:56
22 Noyabr

Avropa Klublar Birliyinin iclasında COP29-da yaradılan alyansla bağlı rəsmi müraciət olacaq  

15:54
22 Noyabr

Fransada qar fırtınası səbəbindən nəqliyyat problemləri yaşanır  

15:53
22 Noyabr

COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb  

15:51
22 Noyabr

Zambiyalı iştirakçı: COP29-da alternativ enerji mənbələri ilə bağlı digər ölkələrin təcrübəsini öyrənmək istəyirik  

15:50
22 Noyabr

Qərargah rəisi: Sərhəddə müasir dronlardan istifadə olunur  

15:48
22 Noyabr

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var?

15:23
22 Noyabr

Ekspert: Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı planlar elan etməlidir

15:07
22 Noyabr

Ukrayna Prezidenti 34 nəfəri dövlət mükafatlarından məhrum edib  

14:48
22 Noyabr

V. Matviyenko yenidən MDB Ölkələri Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib  

14:46
22 Noyabr

Əfqanıstanda silahlı hücum nəticəsində 10 nəfər həlak olub  

14:45
22 Noyabr

Musa Usman Mdamba: COP29-dan gözləntimiz odur ki, qəbul olunan qərarlar tezliklə reallaşsın  

14:44
22 Noyabr

İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib  

14:42
22 Noyabr

Qvineya rəsmisi: COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb  

14:41
22 Noyabr

Kyodo: Yaponiyada “Asiya NATO-su” ideyası müzakirə ediləcək

14:40
22 Noyabr

Media nümayəndələri “Qazax" əlahiddə sərhəd diviziyasında olublar  

14:39
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!