20 İyul 2025 15:52
527
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub  

Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub  

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü Gürcüstan mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “İmedinews.ge”, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı iyulun 19-da və 20-də Azərbaycan Prezidentinin çıxışından silsilə materiallar yayıblar.

Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, Zəngəzur dəhlizi, qonşu ölkələrlə münasibətlərə dair fikirləri xüsusilə qeyd olunub.

Dövlətimizin başçısının fikirlərinə istinadən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulması ilə bağlı məqalədə deyilir: “Azərbaycan 7 aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir”.

Zəngəzur dəhlizi ilə bağlı məqalələrdə isə deyilir ki, bu dəhliz bir çox ölkəni birləşdirəcək arteriyadır və burada söhbət təkcə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir – söhbət beynəlxalq tranzit dəhlizindən gedir. Azərbaycan nəqliyyat və logistikaya fəal sərmayələr qoyur. Son illərdə milyardlarla dollar investisiya yatırılıb, Xəzər dənizində ən iri beynəlxalq ticarət limanı inşa edilib. Hazırda Azərbaycan onun genişləndirilməsi üzərində çalışır. Gürcüstan ərazisindən keçməklə, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu inşa edilib. Azərbaycanın ərazisində tranzit daşımaların həcmi artır və bu da müasir infrastrukturun mövcudluğu ilə bağlıdır.

Dövlətimizin başçısının çıxışından gətirilən sitatda deyilir: “Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”.

Qonşu dövlətlərlə münasibətlər bağlı məqalədə isə bildirilir ki, qonşularla yaxşı münasibət qurmadan tranzit ölkəyə çevrilmək olmaz. Azərbaycan özünün etibarlı tərəfdaş olduğunu və sözünün imza ilə eyni dəyərə malik olduğunu göstərməyə çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!