21 Yanvar 2026 21:16
189
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslini bağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti çıxışında beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana neft göndərilib.

Məqalələrdə xüsusilə vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında bu addım regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün vacib dönüş nöqtəsidir və bunun bu mötəbər forum çərçivəsində Avrasiyaya həsr olunmuş toplantıda ifadə olunması mühüm əhəmiyyət kəsb edir.

“gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“ portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib. Prezident Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edir. Bu geniş şəbəkə Azərbaycanı boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı qlobal ölkələrdən birinə çevirir ki, bu da təhlükəsiz və etibarlı enerji infrastrukturunun ön plana çıxdığı bir bazarda mühüm fərqləndirici cəhətdir.

Bir sıra mətbu orqanları isə Azərbaycan Prezidentinin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dair fikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“, “life.ru“, “Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb. Qeyd edilib ki, qaz hasilatının artması fonunda hazırda ölkə “qara qızıl”ın hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlar var.

Bununla yanaşı, Prezident İlham Əliyev əsas prioritetin iqtisadiyyatın şaxələndirilməsi olduğunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti yaşıl enerjinin artan roluna diqqət çəkərək deyib: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb  

22:39
21 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib 

22:09
21 Yanvar

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq

21:57
21 Yanvar

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib  

21:35
21 Yanvar

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

21:16
21 Yanvar

Nikol Paşinyan: Ermənistan–Azərbaycan sərhədində ideal sülh bərqərar olub  

21:01
21 Yanvar

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

20:53
21 Yanvar

Çempionlar Liqası: “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlanıb

20:41
21 Yanvar

Avropada böyük narkotik şəbəkəsi çökdürülüb  

20:21
21 Yanvar

Tramp Rusiya-Ukrayna münaqişəsinin kifayət qədər qısa müddətdə həll olacağını açıqlayıb 

20:13
21 Yanvar

Davos gündəliyi: Azərbaycanın etibarlı investisiya mühiti diqqət mərkəzindədir  

20:07
21 Yanvar

Türkiyədə zəlzələ olub  

19:58
21 Yanvar

Davos 2026: Azərbaycan Dövlət Neft Fondu və “Brookfield” infrastruktur sahəsində strateji əməkdaşlığı möhkəmləndirir  

19:41
21 Yanvar

ABŞ Prezidenti: Qrenlandiya bizim ərazimizdir  

19:34
21 Yanvar

Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb 

19:29
21 Yanvar

Donald Tramp: Venesuela “fantastik şəkildə çiçəklənəcək”  

19:23
21 Yanvar

Tramp tezliklə FED sədri vəzifəsinə namizədini açıqlayacaq  

19:17
21 Yanvar

ABŞ Prezidenti: Avropa düzgün istiqamətdə getmir

19:14
21 Yanvar

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik  

19:13
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!