17 İyul 2025 14:49
1421
Səfərlər
A- A+
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar  

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.

Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 96 dollar bahalaşıb

10:44
06 May

Dünya birjalarında neft ucuzlaşıb

10:39
06 May

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayış zamanı xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb  

10:37
06 May

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

10:36
06 May

Buxenvald əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub

10:35
06 May

Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

10:33
06 May

Bu ilin 4 ayında büdcədən 96 milyon manatdan çox ƏDV məbləği istehlakçılara geri qaytarılıb

10:33
06 May

Nazir: Ötən il fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib  

10:32
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu işə başlayıb

10:30
06 May

Azərbaycan nefti 118 dollara satılır

10:25
06 May

İranın xarici işlər naziri Pekinə gəlib

09:45
06 May

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

09:44
06 May

ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq

09:43
06 May

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

09:42
06 May

Rubio: “Azadlıq layihəsi" müdafiə əməliyyatıdır, biz atəş açmırıq  

09:37
06 May

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!