Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib
Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Vətən uğrunda”, 2 nəfər “İgidliyə görə”, 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Cəbrayılın azad olunmasına görə”, 2 nəfər “Zəngilanın azad olunmasına görə”, 28 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.
Dövlətimizin başçısının digər Sərəncamı ilə üç nəfərə “general-leytenant”, 6 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq
22 Sentyabr
Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub
22 Sentyabr
Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr
Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşl...
22 Sentyabr
Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti d...
22 Sentyabr
Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməs...
22 Sentyabr
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!