06 Avqust 2026 15:10
687
İQTİSADİYYAT
A- A+
Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir 

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir 


Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri artıq təkcə yükdaşımalarının həyata keçirildiyi marşrutlar deyil, həm də dövlətlərin iqtisadi qüdrətini, geosiyasi çəkisini və regional təsir imkanlarını müəyyən edən strateji alətlərə çevrilib. Son illər dünya ticarətində baş verən dəyişikliklər fonunda Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli logistika xəttlərindən biri kimi ön plana çıxıb. Bu marşrutun inkişafında isə Azərbaycan öz təşəbbüskarlığı, güclü infrastruktur layihələri və uzaqgörən siyasəti ilə aparıcı mövqedə dayanır. Şərqlə Qərbi birləşdirən bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan mühüm nəqliyyat arteriyasıdır. Son illərdə ənənəvi ticarət marşrutlarında yaranan problemlər bu dəhlizin əhəmiyyətini daha da artırıb. Nəticədə beynəlxalq yükdaşımalarında alternativ və etibarlı marşrutlara maraq sürətlə yüksəlir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.

O bildirib ki, Azərbaycan bu yeni reallığı illər öncədən düzgün qiymətləndirərək ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasına böyük investisiyalar yönəldib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması və rəqəmsal gömrük sistemlərinin tətbiqi ölkəmizi regionun əsas tranzit qovşaqlarından birinə çevirib. Artıq Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də təqdim etdiyi sürətli, təhlükəsiz və səmərəli logistika imkanlarına görə beynəlxalq tərəfdaşların etimadını qazanır.

“Son dövrlərdə marşrutun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Xəzər dənizində gəmi donanmasının genişləndirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal yükizləmə sistemlərinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi yükdaşımaların sürətini və səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir. Bu islahatlar Orta Dəhlizi beynəlxalq daşıyıcılar üçün daha rəqabətli marşruta çevirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı da bu kontekstdə yeni mərhələyə qədəm qoyub. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ilə nəqliyyat-logistika sahəsində imzalanan razılaşmalar, birgə işçi qruplarının fəaliyyəti və qarşılıqlı investisiyalar regionda vahid nəqliyyat məkanının formalaşmasına xidmət edir. Bu əməkdaşlıq yalnız yükdaşımalarını artırmır, həm də iqtisadi inteqrasiyanı, ticarət əlaqələrini və regional sabitliyi möhkəmləndirir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Xəzər dənizi üzərindən yaradılan yeni logistika həlləri region ölkələrinin ixrac potensialını artırmaqla yanaşı, Avropa bazarlarına daha sürətli və təhlükəsiz çıxışını təmin edir. Bu isə Azərbaycanı Avrasiya məkanında etibarlı tərəfdaş və əsas tranzit mərkəzi kimi möhkəmləndirir”, - deyə politoloq vurğulayıb.

Ə.İbrahimlinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü nəqliyyat və logistika siyasəti nəticəsində Azərbaycan regional əməkdaşlığın aparıcı təşəbbüskarlarından birinə çevrilib. Ölkəmizin balanslaşdırılmış xarici siyasəti, müasir infrastrukturu və beynəlxalq öhdəliklərə sadiqliyi Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Orta Dəhlizin yüksələn əhəmiyyəti isə Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyini daha da gücləndirir. Azərbaycanın həyata keçirdiyi strateji layihələr göstərir ki, ölkəmiz yalnız regionun deyil, bütövlükdə Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir və qlobal ticarətin gələcəyinin formalaşmasında mühüm söz sahibidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

09:45
18 Avqust

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

09:38
18 Avqust

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

09:31
18 Avqust

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

09:28
18 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

09:26
18 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

09:25
18 Avqust

Rəqəmsal platforma insan nəzarətindən çıxmamalıdır

09:24
18 Avqust

Süni intellekt və milli mədəniyyət

09:17
18 Avqust

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!