16 Fevral 2023 18:50
687
CƏMİYYƏT
A- A+

Polietilen torbaları həsir torbalarla əvəz edə bilərik

 

Həsirçilik sənəti Azərbaycanda qədim tarixə malikdir. Cənub bölgəsi olan Masallı, Lənkəran və Astara rayonlarında indinin özündə də bu qədim xalq sənətini yaşadanlar var. Bölgədə hazırda elə ailələr var ki, gündəlik qazancını həsir toxumaqla çıxarır. 30 ildən çoxdur həsirçiliklə məşğul olan Lənkəran sakini Mirnaz Paşayeva kimi.

AZƏRTAC xəbər verir ki, həsir hələ qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunub. İnsanlar döşəməyə həsir sərməklə evlərdə rütubətin qarşısını alırlar. Buna görə də cənub bölgəsində həsirə tələbat böyükdür. Çünki bu bölgənin iqlimi rütubətlidir. Dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər.

Lənkəranın Zövlə kənd sakini Mirnaz Paşayeva demək olar ki, hər gün həsirdən nə isə hazırlayır. Deyir ki, bu peşəni uşaq olanda anasından öyrənib. Deyir ki, həsir toxumaq üçün yaz-yay fəslində qamış toplanılır və iki həftə ərzində qurudulur. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə hazırlanır.

Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar düzəldilir.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Zövlə kənd Sənətkarlıq evində gənclər bu sənəti böyük həvəslə öyrənirlər. Sənətkarlıq evinin rəhbəri Allahyar Əskərov bildirir ki, gənclər bu sənətin sirlərini öyrənməyə çox həvəslidirlər: “Həsirçilik həmişə bizdə ən gözəl sənət hesab olunub, bizim zonada geniş yayılıb. Bizdə rütubətə görə xalçalar da var. Amma daha çox həsirçiliyə üstünlük verirlər. Dərnək də yaratmışıq. Bura müraciət edənlərlə həftədə iki dəfə olmaqla, 2 saat məşğul oluruq. Gələnlər daha çox gənclərdir”.


Əziyyətlə başa gələn həsirlərin qiymətləri elə də baha deyil. Məsələn, kiçik səbətlər 2 manata satılır. Böyük səbətləri isə 5 manata almaq mümkündür. Xüsusilə polietilen torbaları həsir zənbillərlə əvəzləyə bilərik. Bu zənbilləri həm uzun müddət istifadə etmək olur, həm də ekoloji cəhətdən təmizdir. Polietilen torbaların pulla satılmasından sonra bu zənbillərə tələbatın artacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video