12 Oktyabr 2026 15:30
541
CƏMİYYƏT
A- A+
“PeşəFest -2026” Masallıda  

“PeşəFest -2026” Masallıda  


Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) "PeşəFest-2026" layihəsi çərçivəsində növbəti tədbirini keçirib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan bu cür festivallar gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin deputatı Məşhur Məmmədov, DMA idarə heyətinin sədri Hasil Abbasov, həmçinin dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Araz Əhmədov gənclərin əmək bazarında uğurlu fəaliyyət göstərmələri üçün müasir və tələbatlı peşələr üzrə bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. O, gənclərin peşə seçimi və karyera istiqamətlərinin müəyyənləşdirilməsində bu cür tədbirlərin əhəmiyyətini, “PeşəFest”in regionda gənclərin peşələr barədə məlumatlığının artırılmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

Rəşad Mustafayev “PeşəFest”in gənclərimizin müasir əmək bazarının tələblərinə uyğun peşələrlə tanış olmaları və gələcək karyeralarını düzgün qurmaları üçün mühüm platforma olduğunu qeyd edib, məşğulluq siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin potensialını aşkar etmək, onları peşə təhsilinə həvəsləndirmək və işəgötürənlərlə effektiv kommunikasiyasını təmin etməyin əsas prioritetlərdən olduğunu vurğulayıb.

Məşhur Məmmədov isə doğru karyera istiqaməti seçiminin gələcək uğurların təməli, “PeşəFest”in bölgə gənclərinin aktual peşələrlə əyani tanışlığı və məşğulluq imkanları barədə məlumatlığının artırılması üçün əvəzsiz platforma olduğunu söyləyib, gəncləri mütəxəssislərin tövsiyələrindən maksimum yararlanmağa, rəqəmsal və praktiki sahələrdə peşə vərdişlərinə yiyələnməyə səsləyib.

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf  Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi vəUI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir. Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar. 


Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

 Sumqayıt daha abad və yaşıl olur

15:52
11 Noyabr

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!