15 Oktyabr 2024 10:00
422
Mədəniyyət
A- A+
Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub  

Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub  

Perunun tanınmış onlayn jurnallarından “Lima Gris”də Azərbaycanın tarixi, mədəniyyət və incəsənətinə həsr olunmuş "Azərbaycanın zəngin mədəni həyatı" adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın qədim ənənələri barəsində geniş məlumat verilir, ölkənin arxeoloji və tarixi abidələri, o cümlədən Azıx mağarasındakı qədim insan məskənləri, Qobustan qayaüstü rəsmləri, Atəşgah və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu kimi məkanların Azərbaycanın zəngin bir irsə sahib olduğunun nümunəsi kimi göstərilir.

Folklor sahəsində, Azərbaycanın qəhrəmanlıq və müdriklik kimi dəyərlərini ifadə edən nağıl və dastanları xüsusilə vurğulanır. "Oğuznamə", "Koroğlu dastanı" və "Kitabi-Dədə Qorqud" kimi əsərlər və aşıqların bu dastanları qorumaq üçün oynadıqları roldan danışılır, bayatıların Azərbaycan şifahi ədəbiyyatındakı özünəməxsus yeri haqqında məlumat verilir.

Məqalə müəllifi tərəfindən Azərbaycanın 4000 illik musiqi ənənələrinə malik olduğu oxucuların diqqətinə çatdırılaraq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında olan muğam və bu musiqinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən bəhs edilir, eləcə də ənənəvi Azərbaycan rəqsləri xüsusilə qeyd olunur.

Ədəbiyyat bölməsində Azərbaycan şifahi və yazılı ədəbiyyatının inkişafı təqdir edilir, Nizami Gəncəvi kimi böyük şairlərin, "Əli və Nino" romanı kimi əsərlərin dünya miqyasında tanındığı vurğulanır.

Məqalədə təsviri incəsənət və memarlıq sahəsində Azərbaycanın qədim petroqliflərindən, miniatür rəsm sənətindən və həm müasir, həm də ənənəvi memarlıq üslubundan bəhs edilir.

Məqalədə Azərbaycanın teatr və kino sahəsi haqqında da məlumatlar yer alıb. Azərbaycan teatrının 19-cu əsrdə formalaşdığı və bu teatrın Sovet dövründəki çətinliklərə baxmayaraq, həm o zaman, həm də bu gün inkişaf etdiyi qeyd olunur. Azərbaycan kinosunun tarixi, inkişafı və beynəlxalq uğurları vurğulanır.

Bununla yanaşı, Azərbaycanda çoxsaylı muzeyin mövcud olduğu və bunların arasında xalça muzeyi, tarix və incəsənət muzeyləri barəsində geniş məlumat məqalədə öz əksini tapmışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://limagris.com/la-intensa-vida-cultural-de-azerbaiyan/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:49
16 Oktyabr

“Benfika” korrupsiyada ittiham olunur

23:46
15 Oktyabr

Sahil Babayev: Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır  

23:42
15 Oktyabr

Fransa Ukraynaya yardımı azaldır

23:37
15 Oktyabr

Samir Abasov: "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm"

23:26
15 Oktyabr

Harris Bloomberg-ə müsahibə verməkdən imtina edib  

23:07
15 Oktyabr

Tramp Baydeni büdcəni israf etməkdə ittiham edib  

22:47
15 Oktyabr

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

22:25
15 Oktyabr

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə siyahıya daxil olub

22:07
15 Oktyabr

Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb  

22:04
15 Oktyabr

Cəlilabadda zəlzələ olub

21:27
15 Oktyabr

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

20:51
15 Oktyabr

Ağdam “Çay evi” olduğu kimi bərpa olunacaq

20:39
15 Oktyabr

Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib

20:28
15 Oktyabr

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

20:03
15 Oktyabr

Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib  

19:46
15 Oktyabr

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb  

19:12
15 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

18:58
15 Oktyabr

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18:28
15 Oktyabr

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

18:14
15 Oktyabr

İran Avropaya uçuşları dayandırdı

17:53
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!