Pənahəli xanın nəticəsi Behbud xan Cavanşir
Azərbaycanın istənilən şəhərində, bölgəsində elə nəsillər var ki, onları çox vaxt mənsub olduqları soyadları ilə tanıyırlar. Məşhur "Cavanşir" soyadı da bu qəbildəndir. Behbud xan Cavanşir həmin nəslin sayılıb-seçilən övladlarındandır: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlər naziri, parlamentin üzvü...
Behbud xan keşməkeşli bir ömür yaşamış, gücünü, potensialını, bilik və istedadını xalqının rifahı naminə tam sərf edə bilməmişdir. Bunun səbəbi təkcə ömrünün qısa olmasında deyildi, həm də yaşadığı dövrün çətinliklərində idi.
...1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində doğulmuşdu. O, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu idi.
1902-ci ildə Behbud xan Cavanşir Almaniyaya gedir və Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur. Burada mükəmməl biliklərə yiyələnərək akademiyanı fərqlənmə diplomu ilə bitirib mühəndis ixtisasına yiyələnir. Qeyd edək ki, B.Cavanşir həmin akademiyanı bitirən ilk azərbaycanlı məzun idi. Sonra Londona yola düşür. 1907-ci ildə Vətənə qayıdıb Şubayevin neft mədənlərində işləməyə başlayır.
Behbud xan Bakının neft müəssisələrində baş mühəndis işləməklə yanaşı, xalqın maariflənməsi yolunda da ciddi işlər aparır. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbəri seçilir.
Çox keçmir ki, onun fəaliyyəti çar xəfiyyələri tərəfindən izlənməyə başlanır. Əslində Behbud xan xəfiyyələrin diqqətini çoxdan cəlb etmişdi. Hələ 1907-ci il avqustun 28-də Cavanşir uyezdi rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportda deyilirdi ki, "xeyriyyə cəmiyyəti pərdəsi" altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur. Bu fakt da göstərirdi ki, çarizm xəfiyyəsi həmin ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kəndindəki evinə yığılmasından xəbərdar idi.
B.Cavanşir fevral-burjua inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilir. 1918-ci il iyunun 17-də o, Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. 1918-ci il oktyabrın 6-da hökumətin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra o, həm də sənaye və ticarət nazirini əvəz edir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrından fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.
1919-cu il iyulun 18-dən "Dəyanət" kommersiya şirkəti açır və xarici ticarətlə məşğul olmağa başlayır.
1920-ci ilin sonlarında Behbud xan Cavanşir Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşamalı olur.
1921-ci ilin yayında Behbud xan Cavanşir həyat yoldaşı Tamara, qardaşları Surxay və Cümşüdlə İstanbula, Əhməd bəy Ağaoğlugilə qonaq gedir. Yazıçı-alim Vilayət Quliyev 1998-ci ildə nəşr olunmuş "Ağaoğulları" kitabında bu məqama da toxunur. Orada Əhməd bəyin qızı Sürəyya xanımın xatirələrindən sitat gətirir: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi... Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı".
1921-ci il iyulun 17-də gecə, saat 23-də Behbud xan Cavanşir arvadı və qardaşları ilə "Təpədaşı" Ailə Kazinosunun italyan səfirliyinə baxan qapısından çıxaraq "Pere Palas" hotelinə gedərkən "Daşnaksütyun" partiyasının üzvü, Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlokyan tərəfindən üç güllə ilə qətlə yetirilir. Qatil həbs olunur.
Behbud xan xəstəxanaya çatdırılır. O, həmin vaxtadək də rus inqilabı və hərc-mərclik dövründə dəfələrlə sui-qəsdlərə məruz qalmışdı. Lakin özünü soyuqqanlıqla qoruya bilmişdi. Bəlkə də payına düşən ömür hələ bitməyibmiş... Bu dəfə isə vəziyyət başqa cür idi. O, həyatının sona çatdığını dərk etmişdi.
O zaman İstanbul ingilis işğalı altında idi. Odur ki, cinayət hadisəsindən 20 gün sonra cani ingilis hərbi tribunalında mühakimə edilir. Lakin erməni hiyləgərliyi burada da özünü göstərir. İşi elə qururlar ki, cinayətkar cəzasından qurtarır.
44 illik ömründə Behbud xan çox çətinliklərdən çıxmış, çox sınaqlardan keçmiş və ölümlərdən qurtulsa da, sonda namərd erməni gülləsinə tuş gəlmişdi. Ölüm ayağında ikən son sözləri belə olub: "Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilərlər".
İradə ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!