Birləşmiş Ştatlar Tayvan adasına növbəti silah tədarükünü planlaşdırmaqla “vahid Çin” prinsipini ciddi şəkildə pozur. Bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bildirib.
O deyib ki, Birləşmiş Ştatlar tərəfindən Çinin Tayvan bölgəsinə silah tədarükü “bir Çin” prinsipini və üç birgə kommünikeləri ciddi şəkildə. Bu, Tayvan boğazında sülh və sabitliyə əhəmiyyətli dərəcədə xələl gətirir.
Rəsmi nümayəndə Pekinin kəskin narazılığını ifadə etdiyini və bununla bağlı artıq ABŞ hakimiyyətinə ciddi təqdimat etdiyini vurğulayıb. Birləşmiş Ştatlar Tayvanı dəstəkləmək üçün silahdan istifadə edərək separatçılara çox yanlış siqnal göndərir". Bununla Birləşmiş Ştatlar Tayvanı addım-addım hərbi təcavüzə doğru sövq edir.
Çjan Syaoqan Tayvanın müstəqilliyini dəstəkləyənləri regionda sülh və sabitlik üçün "ən böyük xərçəng şişi" adlandırıb. O xatırladıb ki, Tayvan məsələsi Çin-Amerika münasibətlərində keçilə bilməyən qırmızı xəttdir.
"Biz israr edirik ki, Birləşmiş Ştatlar öz öhdəliklərini effektiv şəkildə yerinə yetirsin, Tayvanın müstəqilliyini dəstəkləməsin və Taypey ilə hərbi əlaqələrdən əl çəksin", - Müdafiə Nazirliyinin sözçüsü bildirib. Onun sözlərinə görə, Vaşinqton “Çin və ABŞ, eləcə də onların silahlı qüvvələri arasında əlaqələrin sabit, sağlam və davamlı inkişafını qorumaq üçün əməli tədbirlər görməlidir”.
“Çin Xalq Azadlıq Ordusu öz hərbi hazırlığını və döyüş hazırlığını gücləndirməyə davam edəcək, biz qətiyyətli və təsirli tədbirlər görəcək və separatçıların Tayvanın qondarma müstəqilliyini təmin etmək cəhdlərini, eləcə də xarici qüvvələrin müdaxiləsini qətiyyətlə yatıracağıq. ”, - deyə Çjan Syaoqan yekunlaşdırıb.
Bir müddət əvvəl Dövlət Departamenti Tayvana 228 milyon dollarlıq müxtəlif ehtiyat hissələrinin mümkün satışını təsdiqləyib.
Vaşinqtonun Taypeylə hərbi-texniki əməkdaşlığı Pekində narahatlıq doğurur. Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə edilir, lakin əksər dövlətlərin dəstəklədiyi rəsmi mövqeyə görə, Çinin əyalətlərindən biri hesab olunur. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və ÇXR ilə əlaqələr qurub. “Vahid Çin” siyasətini tanıyan Vaşinqton Taypey ilə əlaqələri davam etdirir və adanı silahla təmin edir.
R.CƏFƏROV,
“Azərbaycan”