23 May 2023 12:44
436
Təhsil
A- A+

Paytaxtda I sinfə qəbulla bağlı 28 071 elektron müraciət daxil olub

 

Bu günədək paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edək ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (https://baku.edu.gov.az/az/page/276), həmçinin vatsap vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri kömək göstərilir. Valideynlər tərəfindən 5 294 elektron müraciət daxil olub. Müraciətlərdən 2 587-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 2 707-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Elm və Təhsil Nazirliyinin yeni fəaliyyətə başlayan Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) müraciət edə bilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video