12 Oktyabr 2024 08:15
197
İQTİSADİYYAT
A- A+
"PASHA Holding" dünyanın aparıcı şirkətlərini, startapları və innovatorları bir araya gətirdi

"PASHA Holding" dünyanın aparıcı şirkətlərini, startapları və innovatorları bir araya gətirdi


Bu, holdinqin ölkədə innovativ sənayenin inkişafı üçün atdığı növbəti addımdır


Xəbər verildiyi kimi, "PASHA Holding"in təşkilatçılığı ilə Bakıda "INMerge İnnovasiya Sammiti" (INMerge Innovation Summit 2024) keçirilib. İkigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olub. Tədbirdə "fintech", telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, "insurtech" kimi önəmli və hazırda trend sayılan mövzular müzakirə edilib. Bundan əlavə, "yeni iqtisadiyyat" vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular da tədbirin gündəliyində yer alıb. 

"INMerge İnnovasiya Sammiti" "Bakı İnnovasiya Sammiti" adı ilə ilk dəfə 2022-ci ildə yeni trendlər və innovasiyalara əsaslanan tədbir kimi Azərbaycanda keçirilib. "INMerge" Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Orta Şərq və Şimali Afrikadakı 25-dən çox ölkədən spiker, investor və əməkdaşı birləşdirir. Ötən il Bakı Konqres Mərkəzində keçirilən sammit "PAŞA Holdinq"in təşkilatçılığı ilə baş tutub. Sammitə 20 ölkədən 3000-ə yaxın iştirakçı, 50-dən çox investor, 150-dən çox startap qatılıb. Əsas məqsədi Azərbaycanda, o cümlədən regionda startap mühitini dəstəkləmək və innovativ sənayeni inkişaf etdirmək olan tədbirdə ən yaddaqalan çıxışlardan birini "Apple"nin həmtəsisçisi Stiv Voznyak edib. O, sözün əsl mənasında, nümunə göstəriləsi insan, amma bir o qədər də təzadlı, elm və texnologiya ilə yeni bir dövrün başlanğıcını qoyan sirli dünya azarkeşi, realist, eyni zamanda eqoist, gələcəyi düşünən, həmçinin sabit fikirli olan universitet dostu Stiv Cobs haqqında fikirlərini tədbir iştirakçılar ilə bölüşüb: "Stiv Cobsu "Apple"nin yaradılmasından beş il əvvəl tanıdım. Əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmaq ideyasını təklif etdi. "Apple" şirkəti beləcə yarandı. O bu ideyanı verməsə idi, mən elə bu günə qədər mühəndis olaraq qalmışdım".

Budəfəki tədbir dünyanın aparıcı texnologiya şirkətlərini, sahənin liderlərini, startapları və innovatorları bir araya gətirib. Beynəlxalq sammit bu gün rəqəmsal ekosistemin inkişafına töhfə vermək, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi aparmaq, faydalı əməkdaşlıq qurmaq üçün mükəmməl bir platformaya çevrilib. 

Sammitdə "PAŞA Bank" Əlavə Dəyər Xidmətlərinə (Value-Added Services, VAS) həsr olunmuş vertikalın sponsoru idi. Əlavə Dəyər Xidmətləri dünyada geniş istifadə edilən qeyri-maliyyə xidmətləridir. Onlar şirkətin və ya bankın əsas məhsul və xidmətlərini tamamlayır. Bu, istifadəçi təcrübəsini artıraraq və biznes sahiblərinə əlavə rəqabət üstünlüyü verərək əsas məhsul və xidmətlərin dəyərini yüksəldir. Əlavə Dəyər Xidmətləri gündəlik tələbat malları, telekom, bankçılıq və digər sahələrdə fəal şəkildə istifadə olunur. "PAŞA Bank", Azərbaycandakı biznes sahiblərinə Əlavə Dəyər Xidmətlərinin üstünlüklərini tanıtmaq və yerli bazarda məlumatlılığı artırmaq üçün "Nestle", "KOOP Ventures", "SupplierPlus", "International Dgpays Group" və bir sıra qlobal şirkətləri təmsil edən aparıcı beynəlxalq ekspertləri sammitə dəvət etmişdi. 

Tədbir zamanı mütəxəssislər Əlavə Dəyər Xidmətlərinin inkişaf perspektivləri, Azərbaycan bazarında istifadəsi və konkret nümunələri müzakirə edib və bu sektorun nümayəndələrinin suallarını cavablandırıblar. Yeri gəlmişkən, qeyd edək ki, etibarlı maliyyə tərəfdaşı olan "PAŞA Bank" Əlavə Dəyər Xidmətləri seqmentini inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək məqsədilə layihələrin və ideyaların həyata keçirilməsini davam etdirməyi planlaşdırır. 

Bütün region üçün innovasiya ekosistemini gücləndirmək öhdəliyini götürən sammit 100-dən çox startap qrupu bir araya gətirib. Onların hər biri müxtəlif sənaye sahələrində yeni perspektivlər və gələcəyi formalaşdıracaq qabaqcıl ideyalar verirlər. Startaplar davamlılığa və inkişafa açıq olan, təklif etdikləri xidmət üçün texnologiyadan istifadə edən və paydaşlarına təqdim edən, fərqli və müxtəlif auditoriyalarda üstün olan, xidmətlər ilə yeni bir ehtiyac yaradan təşəbbüskar fikir sahibidirlər. 

Sammit həmçinin istedadlı insanları imkanlarla, sahibkarları investorlarla birləşdirən bir platformadır. Bu səbəbdən tədbirdə iştirak edən investorların, startapların, digər qonaq və ziyarətçilərin sayı hər il artır. Bu, o deməkdir ki, "INMerge İnnovasiya Sammiti" hər kəsin irəliyə doğru getmək və peşəkar inkişaf etmək istəyinə hədəflənmiş tədbirdir.

Sammitdə yeni "INMerge Vençur" kapital fondu təsis edilib. Fondun təsisçi tərəflərindən olan "PASHA Innovations" şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də "Trendyol" şirkətlər qrupunun rəhbərləri öz çıxışlarında fondla bağlı fikirlərini söyləyərək yeni yaranmış bu təsisatın parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcəyinə inandıqlarını bildiriblər. Fond çərçivəsində Qafqaz, Mərkəzi və Şərqi Asiya, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur. 

Müzakirələrdə "Yutub" şirkətinin həmtəsisçisi Stiv Çen, "Amazon" kompaniyasının vitse-prezidenti və texniki direktoru Verner Foqels, Harvard Biznes Məktəbinin professoru, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin təsisçisi Linda Hill, "Starbucks" şəbəkəsinin həmtəsisçisi Zev Siql və "Waze" kampaniyasının rəhbəri Uri Levin, "Bakcell"in baş icraçı direktoru Klaus Müller, həmçinin Azərbaycandan "PASHA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və "4SIM"in icraçı direktoru Fariz Cəfərov çıxış ediblər.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

19:55
12 Oktyabr

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

19:52
12 Oktyabr

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

19:47
12 Oktyabr

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

16:13
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!